Keçid linkləri

Təcili xəbərlər
2021, 12 Aprel, Bazar ertəsi, Bakı vaxtı 15:36

Prezident 'Ağ şəhər'də


M.Əliyeva və İ.Əliyev

Prezident İlham Əliyev dekabrın 26-da xanımı Mehriban Əliyeva ilə birgə Bakıda istifadəyə verilən park, yol açılışlarına qatılıb.

Ölkə başçısı Bakıda yeni salınan «Ağ şəhər»də görülən işlərlə tanış olub.

Prezidentin rəsmi internet səhifəsi xəbər verir ki, o, Fəvvarələr Meydanı parkının, ictimai parkinq və piyada keçidi kompleksinin təməlqoyma mərasiminə qatılıb. Dövlət başçısı, «Ağ şəhər»dəki Yaşıl Ada kvartalının artıq məskunlaşdırılan ilk məhəllələri ilə tanış olub.

İ.Əliyev xanımı ilə birgə «Ağ şəhər» ərazində tikinti işlərinin gedişi ilə tanış olmaq məqsədilə avtobusla gəzintiyə də çıxıb. Onlar yaşıllıq ərazilərdə ağac da əkiblər.

Prezident və xanımı həmçinin, Bakı Konqres Mərkəzinin qarşısında salınmış istirahət parkının açılışına qatılıblar. Park keçmiş Səttarxan adına maşınqayırma zavodunun ərazisində salınıb.

Parkın tikintisini «İlk inşaat» şirkəti həyata keçirib. Ümumi sahəsi 7 hektardan çox olan park qısa müddətdə yaradılıb.

Prezident eləcə də, Binə qəsəbəsinin yenidən salınan Əli İsazadə küçəsinin və Qala-Pirallahı avtomobil yolunun ikinci hissəsinin açılışına da qatılıb.

XS
SM
MD
LG