Keçid linkləri

Təcili xəbərlər
2021, 27 Yanvar, çərşənbə, Bakı vaxtı 04:40

'Binə' və 'Sədərək'də reyd keçirilib


«Sədərək» ticarət mərkəzi

Dövlət Gömrük Komitəsinin (DGK) Bakı Baş Gömrük İdarəsi «Binə» və «Sədərək» ticarət mərkəzlərində reyd keçirib.

Xəbəri komitə yayıb.

Xəbərdə bildirilir ki, bəzi iş adamları gömrük qaydalarını pozmaqla ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə pirotexniki və tezalışan mallar gətirməyə cəhd göstəriblər.

Bununla bağlı Bakı Baş Gömrük İdarəsi əməkdaşlarının «Binə» və «Sədərək» ticarət mərkəzlərində həyata keçirdiyi əməliyyatlarda külli miqdarda müxtəlif formalı pirotexniki məmulat aşkar edilib.

Ticarət mərkəzlərində müxtəlif formalı pirotexniki vasitələrin satışı ilə məşğul olan şəxslərdən 53 min 200 ədəd məhsul aşkar edilərək götürülüb.

Sosial şəbəkələrdə yayılan bilgilərə görə, bu həmin malları satmaq istəyən sahibkarların narazılığı ilə qarşılanıb.

XS
SM
MD
LG