Keçid linkləri

Təcili xəbərlər
2022, 08 Avqust, Bazar ertəsi, Bakı vaxtı 08:46

Azərbaycan xəbərləri

'Astan Şahverdiyevin təhqiramiz sözlər işlətdiyi təsdiqlənsə…'

Deputat: 'Bir qrup nəşəli, içkili, hakimiyyətdən narazı adam baş qaldırıb'
Gözlə

No media source currently available

0:00 0:03:35 0:00

Deputat: 'Bir qrup nəşəli, içkili, hakimiyyətdən narazı adam baş qaldırıb'

«Deputat Astan Şahverdiyevin etiraza səbəb olan sözləri həqiqətən onun tərəfindən deyilib-deyilməməsi, hələ ki, dəqiqləşdirilməyib».

Bunu APA-ya açıqlamasında Milli Məclisin İntizam komissiyasının sədri Ağacan Abıyev deyib. O bildirib ki, bu barədə eşidib, amma, hələ əmin deyil: «Əgər təsdiqini tapsa ki, təhqir edib, əlbəttə, tədbir görüləcək. Hələ ki, Milli Məclis rəhbərliyindən bununla bağlı komissiyanın iclasının çağrılması barədə mənə bir söz deyilməyib. Dekabrın 30-da plenar iclas olacaq və yəqin ki, o iclasda bu məsələ ilə bağlı qərar veriləcək. Amma indiki halda hansısa tədbirin görülməsi ilə bağlı bir qərar yoxdur».

A.Abıyevin deməsinə görə, A.Şahverdiyev həqiqətən təhqirə yol veribsə, bu, deputatdan ötrü ciddi səhvdir.

Dekabrın 22-si Cəbrayıl rayonundan olan köçkünlərin məskunlaşdığı qəsəbələrdə elektrik enerjisinin kəsilməsinə etiraz olaraq aksiya keçirilib. Bu zaman polislə aksiya iştirakçıları arasında toqquşma baş verib.

Həmin qəsəbə sakinlərinin rəsmilərlə görüşündən qayıdan deputat AzadlıqRadiosuna müsahibəsində onların ünvanına ağır ifadələr işlədib. Aksiyanı içkili, nəşəli, azğın insanların əməli kimi dəyərləndirən deputat Rusiyaya işləməyə gedənləri də «cəmiyyətin tör-töküntüsü» adlandırıb.

O, sonradan moderin.az saytına müsahibəsində deyib ki, ehtiyatsızlıq üzündən işlətdiyi ifadəyə görə insanları incitməsindən təəssüflənir: «Mən çox təəssüf edirəm ki, ehtiyatsız deyilmiş söz insanları bu qədər incidib. Mən bilməzdim ki, bu ifadə cəmiyyətdə bu qədər rezonans yaradacaq».

Bütün xəbərləri izləyin

Müdafiə Nazirliyi Buzluq dağı və ətraf yüksəkliklərin nəzarətə alındığını bildirir

Azərbaycan Müdafiə Nazirliyinin binası, arxiv foto

Azərbaycanın Müdafiə Nazirliyi Buzluq dağı və ətrafındakı yüksəkliklərin nəzarətə alındığını bildirir.

Bu barədə avqustun 6-da Müdafiə Nazirliyinə istinadla Azərbaycanın rəsmi xəbər agentliyi AzərTac məlumat yayıb.

" Bölmələrimiz tərəfindən ərazidə aparılan dəqiqləşdirmələr nəticəsində Buzdux (Buzluq-AR) dağı və ətrafındakı yüksəkliklər Azərbaycan Ordusunun nəzarəti altına keçib." -açıqlamada deyilir.

Rəsmi xəbərlə yanaşı sosial şəbəkələrdə sözü gedən dağla bağlı olduğu iddia olunan video paylaşılıb. Həmin videoda Azərbaycan hərbçiləri bir yüksəkliyə Azərbaycan bayrağını sancırlar. Bundan başqa Azərbaycan əsgərlərinin yanında əlində Rusiyanın bayrağı olan Rusiya hərbçisi də görünür.

Müdafiə nazirliyi Qarabağda bir sıra yüksəkliklərin nəzarətə alındığını bildirir
Gözlə

No media source currently available

0:00 0:01:45 0:00

Üç gün əvvəl də Müdafiə nazirliyi bir neçə yüksəkliyin nəzarətə götürüldüyü bildirib.

Nazirliyin avqustun 3-də yaydığı məlumatda qeyd olunur ki, qeyri-qanuni erməni silahlı dəstələri Kəlbəcər və Laçın rayonlarının ərazisini əhatə edən dağ silsiləsində yerləşən Qırxqız yüksəkliyini ələ keçirmək və orada yeni döyüş mövqelərini qurmağa cəhd göstərib.

Elə həmin gün, bu, əməliyyat xəbərindən əvvəl nazirlik atəşkəsin pozulması nəticəsində bir Azərbaycan əsgərinin həlak olduğunu bildirib.

Azərbaycan Ordusunun keçirdiyi cavab əməliyyatı nəticəsində Qırxqız yüksəkliyi, Qarabağ silsiləsi boyu Sarıbaba və bir sıra digər əhəmiyyətli hakim yüksəkliklər nəzarətə götürüb-Nazirliyin avqustun 3-də yaydığı açıqlamada deyilir.

Qarabağdakı tanınmayan qurum isə 2 əsgərin öldürüldüyünü, 15 nəfərin yaralandığını bildirib. Həm də separatçı qurum atəşkəsin pozulmasında Bakını günahlandırıb.

Bundan başqa Rusiyanın Müdafiə Nazirliyinin yaydığı bülletendən atəşkəsin Azərbaycan tərəfdən pozulduğu iddia olunub. Azərbaycanın Müdafiə Nazirliyi isə bütün iddiaları rədd edir.

Xatırlatma

2020-ci ildə, İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona ( Kəlbəcər rayonu daxil) nəzarəti bərpa edib.

Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

Laçında məskunlaşmış ermənilər: Ayın sonunadək şəhərdən çıxmalıyıq
Gözlə

No media source currently available

0:00 0:02:33 0:00

Hərbi qulluqçunun minaya düşüb həlak olduğu bildirilir

Minaaxtaranlar

Kəlbəcər hərbi prokurorluğundan isə bildirilib ki, hərbi prokurorluğun əməkdaşları  hadisə yerinə baxış keçirib, məhkəmə-tibb ekspertizası təyin edilib

İşğaldan azad edilən Kəlbəcər rayonunun şərqində mina partlaması nəticəsində avqustun 5-də Azərbaycan ordusunun hərbi qulluqçusu Babək Əsgər oğlu Əliyevin həlak olduğu deyilir.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Kəlbəcər hərbi prokurorluğundan isə bildirilib ki, hərbi prokurorluğun əməkdaşları hadisə yerinə baxış keçirib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Açıqlamaya görə, aparılmış ilkin araşdırmalarla Babək Əliyevin rayon ərazisində xidməti vəzifələrini icra edərkən piyada əleyhinə minaya düşməsi nəticəsində həlak olması müəyyən edilib:

“Faktla bağlı Kəlbəcər hərbi prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.Hazırda istintaq davam edir.”

Amma, hələlik, hadisəyə hərbi qulluqçunun yaxınlarından münasibət almaq mümkün olmayıb.

Mina itkiləri

Azərbaycan rəsmiləri deyirlər ki, 2020-ci il noyabrın 10-da üçtərəfli bəyanatın imzalanmasından sonra işğaldan azad edilən ərazilərdə 250-ə yaxın şəxs minaya düşüb. Onlardan 40-a yaxının həlak olduğu bildirilir.

Üçtərəfli bəyanatın imzalanmasından bir müddət sonra, Azərbaycan rəsmiləri Ermənistan tərəfini minalanmış ərazilərin xəritələrini onlara verməməkdə günahlandırırdı.

Lakin sonra Azərbaycanda tutulan Ermənistan hərbçilərindən bir neçə qrupunun təhvil verilməsi əvəzi azad olunan bir sıra rayonlara aid mina xəritələrinin geri alındığı açıqlanmışdı.

Amma sonradan da Azərbaycan Prezidenti həmin xəritələrin reallığı böyük ölçüdə əks etdirməməsi ilə bağlı narazılığını bildirdi.

Buna cavab olaraq Ermənistan baş naziri Nikol Paşinyan deyib ki, “Biz əlimizdə olan xəritələri Azərbaycana verdik.

O, əlavə edib ki, onlar “yaxşısını siyirtmədə saxlayıb, pis keyfiyyətdə olanı verməyiblər”

Xatırlatma

2020-ci ildə, İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona ( Kəlbəcər rayonu daxil) nəzarəti bərpa edib.

Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

Azərbaycan Ordusunun iki əsgəri həlak olub

Sıldırım qayalıqlardan qopan qaya parçası  müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları əsgər Samir Səməd oğlu Xudiyevin  və əsgər Tahir Çingiz oğlu Əliyevin üstünə düşüb

İkinci əsgər də vəfat edib

Avqustun 5-də Laçın rayonunda qaya parçasının düşməsi nəticəsində ağır xəsarət aldığı bildirilən əsgər Tahir Çingiz oğlu Əliyev də vəfat edib.

Müdafiə Nazirliyindən də bu məlumatı təsdiq ediblər.

***

Avqustun 5-də Laçın rayonunda bir Azərbaycan hərbi quluqçusunun həlak olduğu, başqa birinin isə xəsarət aldığı bildirilir.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin məlumatında qeyd edilir ki, çətin relyefli ərazidə xidməti döyüş tapşırığını yerinə yetirərkən sıldırım qayalıqlardan qopan qaya parçası müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları əsgər Samir Səməd oğlu Xudiyevin və əsgər Tahir Çingiz oğlu Əliyevin üstünə düşüb.

Məlumata görə, nəticədə əsgər S.Xudiyev aldığı bədən xəsarətlərindən hadisə yerində vəfat edib. Müxtəlif bədən xəsarətləri almış əsgər T.Əliyevin vəziyyəti isə ağır qiymətləndirilir.

Faktla bağlı cinayət işi açıldığı, araşdırma aparıldığı bildirilir.

Amma bu rəsmi məlumata, hələlik, həmin hərbi qulluqçuların yaxınlarından münasibət almaq mümkün olmayıb.

Rusiya gəmiləri Bakıda

Rusiya gəmisi Bakı limanında

Rusiya Hərbi Dəniz Donanmasının gəmiləri və şəxsi heyəti avqustun 5-də Bakıya gəliblər

Rusiya Hərbi Dəniz Donanmasının (HDD) gəmiləri və şəxsi heyəti avqustun 5-də Bakıya gəliblər.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, onlar Azərbaycanın Xəzər dənizindəki ərazi sularında “Beynəlxalq Ordu Oyunları-2022” yarışları çərçivəsində keçiriləcək “Dəniz kuboku” müsabiqəsində iştirak etmək üçün Bakıya gəlib.

İyulun axırlarında Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) "G-121" və “G-129” gözətçi gəmiləri də Rusiyada səfərdə olub.

Gəmilər Azərbaycan və Rusiya Müdafiə nazirlikləri arasında birgə hərbi fəaliyyətlər planına uyğun olaraq Rusiyaya səfər etmişdi.

Xatırlatma

2015-ci ildən hər il “Beynəlxalq Ordu Oyunları” keçirilir. 2022-ci il “Beynəlxalq Ordu Oyunları” avqustun 13-dən 27-dək baş tutacaq. Ümumilikdə 36 yarışın keçirilməsi nəzərdə tutulub.

Bu yarışlar 12 dövlətin ərazisində keçiriləcək: (Azərbaycan, Əlcəzair, Ermənistan, Belarus, Venesuela, Vyetnam, İran, Hindistan, Qazaxıstan, Çin, Rusiya, Özbəkistan).

İlk “Beynəlxalq Ordu Oyunları” Rusiyada keçirilib.

Azərbaycan və Rusiya müdafiə nazirləri danışıb

Zakir Həsənov (solda) və Sergey Şoyqu (Arxiv fotosu)

Azərbaycan Müdfiə Nazirliyinin açıqlamasına görə, telefon danışığı Sergey Şoyqunun təşəbbüsü ilə gerçəkləşib

Avqustun 2-də Rusiya Federasiyasının müdafiə naziri Sergey Şoyqu ilə Azərbaycan müdafiə naziri Zakir Həsənov arasında telefon danışığı olub.

Azərbaycan Müdfiə Nazirliyinin açıqlamasına görə, telefon danışığı Sergey Şoyqunun təşəbbüsü ilə gerçəkləşib.

“Telefon danışığı zamanı tərəflər regional təhlükəsizlik, eləcə də qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər”, - məlumatda qeyd edilir.

Bu telefon söhbəti Qarabağda atəşkəsin pozulması xəbərləri fonunda baş tutur. Son günlər Qarabağdakı separatçı rejim Azərbaycan qüvvələrini təmas xəttini pozmaqda ittiham etsə də, Müdafiə Nazirliyi bu xəbərləri təkzib edir.

Azərbaycan 2020-ci ildə 44 günlük müharibə ilə Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Qarabağda ermənilərin yaşadığı hissələrə və Laçın dəhlizinə isə Rusiya hərbçiləri yerləşdirilib.

Avqustun 1-də Ceyhun Bayramov ABŞ Dövlət katibinin köməkçisi Karen Donfrid ilə telefon söhbətində Qarabağdakı erməni silahlı birləşmələrin hələ də çıxarılmamasına toxunmuşdu. Ermənistan rəhbərliyi sentyabradək ordusunu Qarabağdan çıxaracağını, Azərbaycanın qanunsuz hesab etdiyi yerli "özünümüdafiə" dəstələrinin isə qalacağını bildirib.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

Daşkənddə Azərbaycan-Türkiyə-Özbəkistan üçtərəfli görüşü olub

Məlumata görə, avqustun 2-də Daşkənddə Azərbaycan, Türkiyə və Özbəkistan xarici işlər, ticarət/iqtisadiyyat və nəqliyyat nazirlərinin birinci üçtərəfli görüşü keçiriləcək

Bu gün, avqustun 2-də Daşkənd şəhərində Azərbaycan, Türkiyə, Özbəkistan xarici işlər, ticarət/iqtisadiyyat və nəqliyyat nazirlərinin birinci üçtərəfli görüşü keçirilib.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Görüşdə Azərbaycan tərəfdən xarici işlər naziri Ceyhun Bayramov, iqtisadiyyat naziri Mikayıl Cabbarov, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev iştirak ediblər.

Məlumata görə, nazirlər gündəlikdə duran mövzular üzrə çıxışlar səsləndiriblər:

“Görüşdə xarici siyasət, regional əməkdaşlıq imkanları ilə bağlı məsələlər, üç ölkənin iqtisadiyyat, ticarət, investisiya və nəqliyyat sahələrində əməkdaşlığın tam potensialının həyata keçirilməsi üçün görülən işlər ətrafında fikir mübadiləsi aparılıb. Həmçinin, energetika sahəsində, xüsusilə bərpa olunan enerji mənbələri sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib.”

***

Bugün, avqustun 2-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Özbəkistan paytaxtı Daşkəndə yola düşüb.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, avqustun 2-də Daşkənddə Azərbaycan, Türkiyə və Özbəkistan xarici işlər, ticarət/iqtisadiyyat və nəqliyyat nazirlərinin birinci üçtərəfli görüşü keçiriləcək.

Görüşdə üç ölkə arasında siyasi, iqtisadi, nəqliyyat və başqa sahələrdə əməkdaşlıq məsələləri müzakirə edilməlidir.

Saray bələdiyyəsinin sədri həbs edilib

İllüstrativ foto

Bununla bağlı bugün, avqustun 1-də Baş Prokurorlugun məlumatında bildirilib

Abşeron rayonu Saray bələdiyyəsinin sədri və başqa şəxslər həbs edilib.

Bununla bağlı bugün, avqustun 1-də Baş Prokurorlugun məlumatında bildirilib.

Məlumatda qeyd edilib ki, ayrı-ayrı bələdiyyələrin vəzifəli şəxslərinin əməlləri ilə əlaqədar baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin istintaqı zamanı bir sıra vəzifəli şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi təmin edilib.

Söhbət Abşeron rayon Saray bələdiyyəsinin sədri Məhi Həsənovdan, Əmlak Məsələləri Dövlət Xidmətinin ( ƏMDX) Xaçmaz ərazi şöbəsinin müdiri Aydın Cəfərovdan, Qəbələ ərazi şöbəsinin müdiri Baği Məsimovdan və Sumqayıt şəhər bələdiyyəsinin şöbə müdiri Şıxəli Abbasovdan gedir.

Onlar bu il iyulun 30-da həbs ediliblər:

“Cinayət Məcəlləsinin 308.2 ( vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvətalma), 311.3.2 (təkrar rüşvətalma), 32.5, 311.3.1 (rüşvət almaqda köməkçilik) və 312.1-ci (rüşvətvermə) maddələri ilə… barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib”.

Amma, hələlik, ittihama sözü gedən vəzifəli şəxslər və ya onların vəkillərindən münasibət almaq mümkün olmayıb.

Tel-Əviv - Moskva  təyyarəsi Bakıya məcburi enib

İllüstrativ foto

Bu, bir  sərnişinin səhhətinin kəskin şəkildə pisləşməsi ilə əlaqədar (ürəktutma) baş verib

Bugün, avqutun 1-də Tel-Əviv - Moskva marşrutu üzrə reys yerinə yetirən "El Al İsrael Airlines" aviaşirkətinin hava gəmisinin kapitanı Bakı Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili enmək üçün müraciət edib.

Heydər Əliyev Beynəlxalq Aeroportundan “Turan” İnformasiya Agentliyinə bildirilib ki, bu bir sərnişinin səhhətinin kəskin şəkildə pisləşməsi ilə əlaqədar (ürəktutma) baş verib.

Qurumdan vurğulandığına görə, təyyarə yerli vaxtla saat 12:44 dəqiqədə Bakı hava limanına enib.

“Təəssüflər olsun ki, sərnişin uçuş zamanı vəfat edib” - Bakı Beynəlxalq Aeroportundan qeyd edilib.

Azərbaycanın peyk xidmətlərindən  gəliri azalıb

2022-ci ilin iyun ayında isə “Azərkosmos” dünyanın 32 ölkəsinə 2,3 mln. dollar dəyərində xidmət ixrac edib

Bu ilin yanvar-iyun aylarında “Azərkosmos” dünyanın 34 ölkəsinə 13,1 mln. ABŞ dolları dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edib.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin hesabatı əsasında aparılan hesablamalara görə, 2021-ci ilin uygun göstəricisi ilə müqayisədə peyk operatorunun əldə etdiyi gəlir 8,9 mln. dollar və ya 40,4 faiz azalıb.

“Azərkosmos”un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 87 faizini təşkil edib.

2022-ci ilin iyun ayında isə “Azərkosmos” dünyanın 32 ölkəsinə 2,3 mln. dollar dəyərində xidmət ixrac edib.

Gəlirin azalmasına, hələlik, “Azərkosmos” açıq səhimdar cəmiyyətinin (ASC) özündən münasibət almaq mümkün olmayıb.

Azərbaycan hazırda iki telekommunikasiya peykinə malikdir.

Xatırlatma

“Azərkosmos” 2010-cu ildə təsis edilib. Onun idarəçiliyində ilk peyk - “Azerspace-1” 2013-cü ildə Fransız Qvianasında yerləşən Kuru kosmodromundan bu ölkənin “Arianespace” şirkətinə məxsus “Ariane-5” daşıyıcı raketi vasitəsilə 46° şərq uzunluğu orbital mövqeyinə çıxarılıb. Peyki ABŞ-ın “Orbital Sciences” korporasiyası istehsal edib.

“Azərkosmos” 2014-cü ildə Azərbaycan və Fransa arasında imzalanan müqaviləyə əsasən sayca ikinci, təyinatına görə yüksək ayırdetməli (1.5 m ayırdetmə) Yer səthinin məsafədən müşahidə peyki olan “Azersky” peykini təhvil alıb. “Azerspace-2“ 2018-ci il sentyabrın 26-da 45° şərq uzunluğu orbital mövqeyinə buraxılıb.

MN: ‘Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub’

Azərbaycan ordusunun əsgəri təlimdə, oktyabr 2021

Azərbaycanın Müdafiə Nazirliyi bildirir ki, iyulun 30-u axşam saatlarından başlayaraq 31-i gecə ərzində Ermənistan silahlı qüvvələri dövlət sərhədinin Gədəbəy və Kəlbəcər rayonları istiqamətlərindəki Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan intensiv atəşə tutub.

Nazirliyin məlumatında görə, Azərbaycan ordusunun mövqeləri Rusiya sülhməramlılarının müvəqəti yerləşdiyi ərazilərdən də atəşə tutulub.

"...Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Ordumuzun Xocavənd rayonunun Əmiranlar yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeləri də müxtəlif çaplı atıcı silahlar və snayper tüfənglərindən atəşə tutulub. Qeyd olunan istiqamətlərdə bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb."-Müdafiə nazirliyinin məlumatında vurğulanır.

Bir gün əvvəl olduğu kimi Azərbaycan Müdafiə nazirliyinin atəşkəs pozuntusu ilə bağlı məlumatını Ermənistanın müdafiə təkzib edir.

Hələki atəşkəs pozuntusuna Rusiya sülhməramlı kontingentin mövqeyi bəlli deyil.

Xatıarlatma

1988-ci ildə başlanan Qarabağ münaqişəsi az sonra Azərbaycan və Ermənistan arasında silahlı toqquşmalarla nəticələnib.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

Amma 2020-ci ildə, İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

MN: Kəlbəcər və Laçında yerləşən mövqelərimiz atəşə tutulub

Azərbaycan ordusunun xüsusi hərbi bölmələri təlimlərdə, 6 may 2022

Müdafiə nazirliyi Kəlbəcər və Laçında yerləşən Azərbaycan ordusunun mövqelərinin qonşu Ermənistan ərazisindən atəşə tutulduğunu bildirir. Nazirliyin məlumatında deyilir:

"İyulun 30-u günorta saatlarından etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Kəlbəcər və Laçın rayonları ərazisində yerləşən Azərbaycan Ordusunun mövqelərini müxtəlif çaplı silahlardan intensiv atəşə tutub.
Bölmələrimiz tərəfindən görülən adekvat cavab tədbirləri nəticəsində qarşı tərəf susdurulub"- rəsmi açıqlamada vurğulanır.

Ermənistan Müdafiə Nazirliyi isə Azərbaycan tərəfinin yaydığı məlumatı təkzib edir və iki ölkə sərhəddində vəziyyətin "nisbətən sabit" olduğunu bildirir.

Xatıarlatma

1988-ci ildə başlanan Qarabağ münaqişəsi az sonra Azərbaycan və Ermənistan arasında silahlı toqquşmalarla nəticələnib.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

Amma 2020-ci ildə, İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Baş Prokurorluq media və sosial şəbəkə istifadəçilərinə xəbərdarlıq edir

Baş Prokurorluğun binası, Bakı, arxiv foto

Hüquqşunas Ələsgər Məmmədli hesab edir ki, "Prokurorluq Media haqqında Qanunun 14-cü maddəsinə istinad edir. 14-cü maddədəki tələblər isə şəxslərə yönəlik tələb deyil..."

Azərbaycanın Baş Prokurorluğu ölkə mediasına və sosial şəbəkə istifadəçilərinə xəbərdarlıq edir.

Baş Prokurorluğun iyulun 30-da yaydığı həmin xəbərdarlıqda deyilir ki, aparılan monitorinqlərlə müəyyən edilib ki, mediada informasiyanın dərc olunması zamanı bəzi hallarda “Media haqqında” Azərbaycan Respublikasının Qanununun 14.1.11-ci maddəsinin tələbləri, yəni faktların və hadisələrin qərəzsiz və obyektiv təqdim olunması, birtərəfliliyə yol verilməməsi haqqında tələblərə riayət olunmayıb.

Media haqqında Azərbaycan Respublikasının Qanunu:  Maddə 14. Mediada dərc olunan və (və ya) yayımlanan informasiyaya dair tələblər -14.1.11. faktlar və hadisələr qərəzsiz və obyektiv təqdim olunmalı, birtərəfliliyə yol verilməməlidir;

Məlumatda deyilir:

"İctimai-siyasi sabitliyin, insan və vətəndaş hüquq və azadlıqlarının pozulmasına yönələn halların qarşısının alınması üçün aidiyyəti şəxslər Baş Prokurorluğa dəvət olunmaqla barələrində prokuror təsir tədbirləri görülüb".

Baş Prokurorluğun məlumatında bir neçə nəfərin ad çəkilir və onlara xəbərdarlıq edildiyi bildirilir:

"Səxavət Məmmədov, Rövşən Məmmədov, Zülfüqar Ələsgərov, Elgün Rəhimov, Füzuli Qəhramanı, Zeynal Baxşiyev və Ruslan İzzətliyə “Prokurorluq haqqında” Qanunun 22-ci maddəsinə əsasən gələcəkdə bu kimi neqativ hallara yol verməmələri ilə bağlı xəbərdarlıq edilib" -məlumatda bildirilir.

Prokurorluq haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 22. Xəbərdarlıq -Qanun pozuntularından çəkindirmək məqsədi ilə prokuror və ya onun müavini vətəndaşa və ya vəzifəli şəxsə rəsmi xəbərdarlıq edir.

"Media subyektləri və sosial şəbəkə istifadəçilərinə müraciət edərək bir daha bildirir ki, dövlət qurumları ilə hər hansı dəqiqləşdirmə aparmadan yoxlanılmamış məlumatların yayılması yolverilməz olmaqla qanunvericiliklə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur"- Baş Prokurorluğun məlumatında bildirilir.

Hüquqşünas mövqeyi: Prokurorluğun imicini yerlə -yeksan edən xəbərdarlıq

Ələsgər Məmmədli, 25 sentyabr 2012
Ələsgər Məmmədli, 25 sentyabr 2012

Xəbərdarlığı özünün Facebook səhifəsində şərh edən Media üzrə hüquqşünas Ələsgər Məmmədli hesab edir ki, məlumatı oxuyanda bunu hazırlayanların və ötürənlərin ciddi şəkildə Prokurorluğun imicini yerlə-yeksan etdiyini görürük.

"Ölkənin hüquq sisteminin ən önəmli "gözətçisi" olan bir qurumun adından belə bir məlumat necə paylaşılır? Sadəcə ağıl almır".

Hüquqşünas sual edir ki, bəs bu məsələdə " ağıl almayan nədir?"

"Prokurorluq Media haqqında Qanunun 14-cü maddəsinə istinad edir. 14-cü maddədəki tələblər isə şəxslərə yönəlik deyil, mediaya yönəlik tələbdir. Zatən maddənin adı da belədir: "Maddə 14. Mediada dərc olunan və (və ya) yayımlanan informasiyaya dair tələblər"

Qanunvericilik fərdə balanslı informasiya yayma öhdəliyi qoya bilməz

Ələsgər Məmmədli yazır ki, sözü gedən bu tələb fərdlərə, sosial media istifadəçilərinə deyil, qanunda 1-ci maddədə anlayışlar hissəsində media subyekti kimi tanınan, ifadə edilən media subyektlərinə aiddir.

"Ruslan İzzətli, Səxavət Məmməd və s. adda media subyekti mövcud deyil. 14-cü maddəni fərdləri sıraya düzmək üçün istifadə edə bilməzsiz!" deyə hüquqşünas bildirir.

Ələsgər Məmmədli həmçinin qeyd edir ki, fərd öz statusunda mövqeyini ifadə edir və qanunvericilik ona balanslı informasiya yayma öhdəliyi qoya bilməz.

"Adından göründüyü kimi fərdin şəxsi mülahizələridir, düşüncələdidir yayır, tənqid edir və s. Halbuki, Prokurorluğun isnad etdiyi yarımbənddə "birtərəfliliyə yol verməmək" şərtini görürük. Bu şərt sosial media istifadəçisinə yox, media subyektinə yönəlik tələbdir. Bəli, media birtərəfliliyə yol verməməlidir. Yəni AZTV, İTV, REAL TV, AZƏRTAC və s media subyektləri birtərəfli məlumat yaymamalıdırlar".

Hüquqşünas Ələsgər Məmmədli: Bu şərt sosial media istifadəçisinə yox, media subyektinə yönəlik tələbdir. Bəli, media birtərəfliliyə yol verməməlidir. Yəni AZTV, İTV, REAL TV, AZƏRTAC və s media subyektləri birtərəfli məlumat yaymamalıdırlar"

Hüquqşunas bildirir ki, əgər Prokurorluq media subyektlərinin "birtərəfliliyini" monitorinq edib xəbərdarlıq edəcəksə, gərək yuxarıda adlarını yazdığı və yazmadığı bütün media subyektlərinin hər saat başı xəbərlərindən sonra onlara bir xəbərdarlıq etsin.

Ələsgər Məmmədli medianın fəaliyyətinə bu qədər kobud və qanunsuz müdaxilənin yolveriməz olduğunu bildirir.

"Medianı monitorinq etmək, onun peşə davranış qaydalarına görə balanslı olub-olmadığını müəyyən etmək onun özünütənzimləmə qurumunun işi ola bilər, prokurorluğun yox..." hüquqşünas bildirir.

Azərbaycanda Elm və Təhsil Nazirliyi yaradılıb

AMEA

Eyni zamanda, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) bir çox elmi müəssisə və təşkilatları Elm və Təhsil Nazirliyinin tabeliyinə verilib.

Azərbaycan Təhsil Nazirliyi Elm və Təhsil Nazirliyi adlandırılıb.

Prezident İlham Əliyev bununla bağlı bugün, iyulun 28-də "Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" Fərman imzalayıb.

Fərmana əsasən elm sahəsində dövlət siyasətinin, tənzimlənmənin həyata keçirilməsi, elmi qurumların fəaliyyətinin əlaqələndirilməsi və istiqamətləndirilməsi ilə bağlı səlahiyyətlər bu nazirliyə həvalə edilib.

Habelə bu nazirliyin yanında aşağıdakı agentliklər yaradılıb:

“Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi;

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi”

Eyni zamanda, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) bir çox elmi müəssisə və təşkilatları Elm və Təhsil Nazirliyinin tabeliyinə verilib.

Həmçinin, AMEA-nın tərkibində olan muzeylər Mədəniyyət Nazirliyinə verilib.

AMEA-nın yeni nizamnaməsi hazırlanacaq

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) yeni nizamnaməsi hazırlanacaq.

Bu, prezident İlham Əliyevin bugün, iyulun 28-də imzaladığı “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” fərmanda əksini tapıb.

Fərmana əsasən, Azərbaycan Milli Elmlər Akademiyası Ümumi Yığıncağında qəbul edilmiş yeni Nizamnaməsini üç ay müddətində Azərbaycan Prezidentinə təqdim edəcək.

Xatırladaq ki, bu fərmanla Elm və Təhsil Nazirliyi yaradılıb, AMEA-nın bir sıra institutları, elmi müəssisə və təşkilatları bu nazirliyin tabeliyinə verilib. O cümlədən 3 muzey Mədəniyyət Nazirliyinin tebeliyinə keçib.

Azərbaycanda 832 yeni seçki məntəqəsi yaradılıb

MSK rəsmisi qeyd edib ki, bununla ölkədə seçki məntəqələrinin ümumi sayı 6 274-ə çatıb

Azərbaycanda 103 seçki dairəsində 832 yeni seçki məntəqəsi yaradılıb.

Bu barədə iyulun 26-da Mərkəzi Seçki Komissiyası sədrinin müavini Rövzət Qasımov qurumun iclasında bildirib.

MSK rəsmisi qeyd edib ki, bununla ölkədə seçki məntəqələrinin ümumi sayı 6 274-ə çatıb.

Rövzət Qasımov habelə bildirib ki, seçki məntəqələri üzrə ən azı 50, ən çoxu 1500 seçici ola bilər.

Azərbaycanda seçki dairələrinin sayı isə dəyişməz qalır- 125.

İclasda dairə sərhədlərinin müəyyən edilməsi məsələsi də müzakirə olunub.

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib ki, burada müəyyən maraqların toqquşması, yeni məntəqələrin yaradılması ilə bağlı problemlər ola bilər:

"Yeni yaradılan hansısa məntəqəyə görə, əhalini həmin seçki məntəqəsində səs verməyə məcbur etmək olmaz. Ona görə hansı yerlərdə problem olma ehtimalı varsa, dairə sərhədlərinin müəyyən edilməsinə oradan başlamaq lazımdır. Elə etmək lazmdır ki, dairələrin sərhədlərinə toxunulmasın".

Daha sonra seçki dairələrinin sərhədlərinin müəyyən edilməsi üzrə Komissiyanın yeni tərkibi müəyyənləşib.

Bundan bir müddət öncə MSK ölkədə seçici sayını da açıqlamışdı. MSK-nın son məlumata görə, ölkədə səsvermə hüququ olan 6 milyon 402 min civarında şəxs var. 2020-ci ildə MSK bu sayın 5 milyon 329 min 460 nəfər olduğunu bildirmişdi.

Halbuki, son iki ildə əhali artımı bundan dəfələrlə az olub.

MSK-nın seçicilərinin say ilə bağlı statistikası Dövlət Statistika Komitəsinin ölkədə 18 yaşından yuxarı şəxslərin sayı ilə bağlı açıqladığı raqəmlə də üst-üstə düşmür.

Seçki ekspertləri bunu tənqid etsələr də, hər iki qurum özünü haqlı sayır.

Keçmiş hakim həbs edilib

İllüstrativ foto

Bu barədə Baş Prokurorluq bugün, iyulun 26-da  məlumat yayıb

Azərbaycanda keçmiş hakim həns edilib.

Bu barədə Baş Prokurorluq bugün, iyulun 26-da məlumat yayıb.

Məlumatda qeyd edilir ki, Sumqayıt Şəhər Məhkəməsinin adından qəbul edilmiş qətnamələrlə əsassız olaraq pensiya təyinatlarının aparılması və digər pozuntulara yol verilməsi ilə bağlı material üzrə istintaq aparılır:

“2008-2019-cu illərdə Sumqayıt Şəhər Məhkəməsinin hakimi işləmiş İlyas Mahmudovun mülki işlər üzrə iddiaçıların tələblərinin təmin edilməsi barədə bilə-bilə ədalətsiz qətnamə qəbul etməsi müqabilində ayrı-ayrı şəxslərdən rüşvət tələb edərək almasına, bununla əlaqədar bilə-bilə 2 halda ədalətsiz qətnamə çıxarmasına əsaslı şübhələr var”.

Bundan başqa, İlyas Mahmudovun işlədiyi dövr ərzində icraatında olan digər işlər üzrə qəbul etdiyi 25 qətnaməyə əvvəlcədən bilə-bilə yalan məlumatlar daxil etməsinə də şübhələr yarandığı açıqlanıb:

“İlyas Mahmudova Cinayət Məcəlləsinin 295.1 (bilə-bilə ədalətsiz hökm, qətnamə,… çıxarma), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 (təkrar rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilməklə məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.”

Amma ittihama, hələlik, keçmiş hakim və onun vəkilindən münasibət almaq mümkün olmayıb.

Keçmiş hakimin ittiham edildiyi həmin maddələr üzrə 12 ilə qədər həbs cəzası nəzərdə tutulur.

İlyas Mahmudov kimdir?

2019-cu ildə Prezident İlham Əliyevin imzaladığı sərəncamla Sumqayıt şəhər Məhkəməsinin hakimi İlyas Musa oğlu Mahmudovun səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib.Onun səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsininə səbəb kimi qanunvericiliyin tələblərini pozması göstərilib.Amma həmin vaxt ondan bu sərəncama münasibət almaq mümkün olmayıb.

AzadlıqRadiosu-nun əldə etdiyi məlumata görə, sabiq hakimlə bağlı üç il, prokurorluqda araşdırmalar gedib.

“Mahmudov hələ hakim işlədiyi müddətdə onunla bağlı Məhkəmə-Hüquq Şurasına şikayətlər göndərilib. Sonradan həmin şikayətlər araşdırılması üçün prokurorluğa yönləndirildi. Korrupsiyaya Qarşı Mübarizə İdarəsində bu məsələlər təxminən 2019-cu ildən araşdırılır”, - mənbə AzadlıqRadiosu-na deyib.

Bəzi saytlarda yer alan yazılara görə, keçmiş hakimin Sumqayit şəhər rəhbərliyi ilə də yaxşı münasibətləri olmayıb.

Amma bu fikirlərə də tərəflərdən hər hansı münasibət öyrənmək mümkün olmayıb.

İlyas Mahmudov 1988-ci ildə Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsini bitirib.

1993-cü ildən 2008-ci ilə kimi Ali Məhkəmədə çalışıb.

O, 2007-2008-ci illərdə Ali Məhkəmədə Analitik və qanunvericiliyin sistemləşdirilməsi şöbəsinin müdir müavini vəzifəsini tutub.

2008-ci ildən isə Sumqayıt şəhər Məhkəməsinin hakimi olub.

7 hərbçi və 1 Bərdə sakini həbs edilib

İllüstrativ foto

Onlar 90 kq civarında narkotik vasitəni sərhəddən qanunsuz keçirməyə cəhddə ittiham edilərək həbs olunublar

Dövlət Sərhəd Xidmətinin (DSX) 7 hərbi qulluqçusu və bir mülki şəxs 90 kq civarında narkotik vasitəni sərhəddən qanunsuz keçirməyə cəhddə ittiham edilərək həbs olunub.

Bu barədə Baş Prokurorluğun məlumatında bildirilir.

Xəbərə görə, Cinayət Məcəlləsinin 206.3.2, 206.3.3 (qaçaqmalçılıq), 234.4.1, 234.4.3 (narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi), 240.3.2 (külli miqdarda güclü təsir edən… maddələrin satış məqsədilə qanunsuz dövriyyəsi) və 318.2 ( dövlət sərhədini qanunsuz keçmə) maddələri ilə cinayət işi başlanıb.

Söhbət DSX-nin hərbi qulluqçuları Tural Osmanov, Şəmil Abbasov, Habil Nəcəfov, Kamran Cəfərov, Nurlan Qasımov, Seymur Azadxanzadə, İlkin Qasımzadə və mülki şəxs Hikmət Xəlilidən gedir.

Onlar İrandan qanunsuz narkotik keçirməyə cəhddə şübhəli sayılırlar:

“7 hərbi qulluqçu və Hikmət Xəlili iyulun 22-də Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə təqsiləndirilən şəxs qismində cəlb olunub, barələrində Bakı Hərbi Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib”.

Daha bir mülki şəxsin isə axtarışa verildiyi açıqlanıb.

Rəsmi açıqlamaya, hələlik, həbs edilən şəxslərdən və onların vəkillərindən münasibət almaq mümkün olmayıb.İttihama onların münasibəti bəlli deyil.

Vilyam Hacıyev 12 il azadlıqdan məhrum edildi

Vilyam Hacıyev

İmişlinin keçmiş icra başçısı Vilyam Hacıyev cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 12 il azadlıqdan məhrum edildi

İmişlinin keçmiş icra başçısı Vilyam Hacıyev cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 12 il azadlıqdan məhrum edildi.

Külli miqdarda yeyinti, rüşvətalma, vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunan Hacıyevə iyulun 25-də Bakı Ağır Cinayətlər Məhkəməsində hökm oxunub. Hökmə əsasən, onun əmlakı da müsadirə olunub.

Hökmdən əvvəl son sözünü deyən Vilyam Hacıyev prezident İlham Əliyev və onun atası, mərhum prezident Heydər Əliyev tərəfindən xidmətlərinə görə dəfələrlə mükafatlandırıldığını yada salıb.

O bildirib ki, Xocalı faciəsi ərəfəsində şəhəri əhalinin təxliyəsi məqsədilə helikopterlə təmin edib. Naxçıvan blokadada olduğu zaman xidmətlərinə görə Heydər Əliyev 1992-ci il mayın 10-da onu “Naxçıvanın Fəxri Vətəndaşı” adıyla təltif edib. Sabiq icra başçısı Qarabağ müharibəsi veteranı olduğunu vurğulayıb.

“Prezident İlham Əliyev icra başçısı olduğum rayonlara səfərlərində kameralar qarşısında dəfələrlə məni tərifləyib. Mən həmişə demişəm ki, İlham Əliyevin əsgəriyəm, bu gün də əsgəri olaraq qalıram. Dövlətimin, xalqımın prezidentimin yanındayam. Xahiş edirəm, xidmətlərimi nəzərə alaraq, barəmdə ədalətli və humanist qərar verəsiniz”, – Hacıyev məhkəmədə son sözünü belə yekunlaşdırıb.

2004-2006-cı illərdə Göygöl, 2006-2012-ci illərdə Samux, 2012-2020-ci illərdə isə İmişlinin icra başçısı olmuş Vilyam Hacıyev 2020-ci ilin mayında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində həbs olunub.

Vilyam Hacıyevin evindən və iş otağından tapılan 1 milyon 6400 avro, funt sterlinq, İsveçrə frankı və başqa valyutalarda olan pulların müsadirə olunub dövlət nəfinə keçirilməsinə qərar verilib.

Nardaran qəsəbəsində bağ evi, Nərimanov, Abşeron rayonlarında mənzillər və başqa daşınmaz əmlaklar, avtomobillər də müsadirə olunub. Bunların isə yeyinti nəticəsində müxtəlif dövlət orqanlarına dəymiş ziyanın ödənilməsinə yönəldilməsi haqqında qərar çıxarılıb.

Hacıyev özünü təqsirli bilmir, sifarişlə həbs olunduğunu deyir. Prokuror ittihamların məhkəmədə sübuta yetirildiyini deyərək ona 13 il həbs cəzası istəmişdi.

‘Tərtər işi’ndə həbs olunanların azadlığı istənib

Tərtər işi üzrə həbs olunmuş bəzi hərbçilərin yaxınları Bakıda Baş Prokurorluğun inzibati binasının qarşısında

İyulun 25-də “Tərtər işi” üzrə həbs olunmuş bəzi hərbçilərin bir çox yaxınları Bakıda Baş Prokurorluğun inzibati binasının qarşısında etiraz aksiyası keçiriblər

Bugün, iyulun 25-də “Tərtər işi” üzrə həbs olunmuş bəzi hərbçilərin bir çox yaxınları Bakıda Baş Prokurorluğun inzibati binasının qarşısında etiraz aksiyası keçiriblər.

Onlar həbs olunmuş yaxınlarının azadlığa buraxılmasını tələb ediblər.

"Uşaqlarımıza günahsız yerə 18-20 il həbs veriblər. Onların günahı yoxdur. Deyirlər ki, “Tərtər işi” yenidən araşdırılır, 8 ay keçib, amma biz bunun nəticəsini yenə də görmürük. İşgəncə verən insanlar və buna sifariş verənlər hələ də həbs olunmayıb. İstintaq müəyyən etməlidir ki, onlar hansı ölkəyə xidmət edirlər", - deyə aksiya iştirakçılarından biri vurğulayıb.

Aksiya iştirakçıları iş üzrə istintaq qrupunun rəhbərinin onları qəbul etməsini istəyiblər. Daha sonra onlardan bəziləri qəbula aparılıb.

Aksiya zamanı insident baş verməyib. Hələlik, orada səslənən fikrirlərə Baş Prokurorluqdan münasibət öyrənmək mümkün olmayıb.

“Tərtər işi” üzrə həbs olunmuş hərbçilərin yaxınları bundan əvvəl də Bakıda müxtəlif rəsmi qurumların qarşısında eyni tələblə aksiyalar keçiriblər. Onlara şikayətlərinin araşdırıldığı cavabı verilib.

2021-ci ilin dekabrında Baş Prokurorluq “Tərtər işi” üzrə istintaqın bərpa edildiyini açıqlayıb. Prokurorluq sonra da məlumat yaymışdı ki, iş üzrə işgəncə şikayətləri ilə bağlı yeni həbs edilənlər var və zərərçəkənlərin sayı xeyli artıb.

Xatırlatma

2017-ci il mayın 7-də Azərbaycanın hüquq-mühafizə orqanları bildirdilər ki, Ermənistan xüsusi xidmət orqanlarının xeyrinə casusluqda günahlandırılan bir qrup hərbi qulluqçu və mülki şəxs həbs edilib.

Sonradan bir sıra media orqanları bu iş üzrə saxlanan bəzi şəxslərin dindirilmədə işgəncə nəticəsində ölməsi ilə bağlı məlumatlar yaydı.

Baş Prokurorluq da həmin iddiaların yer aldığı bəzi saytların rəhbərlərini çağıraraq onlara rəsmi olmayan bu məlumatları yaydıqlarına görə xəbərdarlıq verdi.

Müdafiə tərəfinin açıqlamalarına görə, tutulanların əksəriyyəti özlərini təqsirli bilməyib və həbs olunarkən ağır işgəncələrə məruz qaldıqlarını, bu üzdən etiraf xarakterli ifadələrə imza atdıqlarını iddia ediblər.

Saxlanan hərbi qulluqçuların yaxınları deyirdilər ki, sonradan işgəncə verilməsinə görə də mühakimə edilənlər olub. Üstəlik, işgəncə nəticəsində ölənlərin bəzilərinə də sonradan bəraət verildiyi vurğulanırdı. (Hüquq müdafiəçiləri ölənlərin sayının 10-dan çox olduğunu bildirirlər. Amma bu, rəsmən təsdiqlənməyib)

Xəzərdən tank əleyhinə mina tapılıb

Xəzər

Xəzər dənizinin Azərbaycan sahilində tank əleyhinə mina aşkarlanıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, Lənkəran rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Liman şəhəri ərazisində dəniz kənarından 1 ədəd tank əleyhinə mina tapılıb.

Mina DİN Daxili Qoşunlarının əməkdaşları tərəfindən zərərsizləşdirilib.

Tank əleyhinə minanın dənizə necə düşməsi haqda heç bir məlumat verilmir.

SOCAR-a prezident təyin edildi

Rövşən Nəcəf

Rövşən Nəcəf Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti təyin edilib. Bununla bağlı Prezident İlham Əliyev iyulun 21-də sərəncam imzalayıb.

Digər sərəncamla o, SOCAR-ın I vitse-prezidenti vəzifəsindən azad olunub.

Fevralın 10-da R.Nəcəf SOCAR-ın Birinci vitse-prezidenti təyin edilmişdi. O, bu müddətdə şirkətin prezidenti vəzifəsini də icra edirdi.

Bundan əvvəl isə R.Nəcəf İqtisadiyyat nazirinin birinci müavini idi.

+++

SOCAR-ın yeni təyin edilən prezidenti R.Nəcəfin 41 yaşı var.

O, 2003-2007-ci illərdə Azərbaycan İqtisadiyyat Nazirliyində çalışıb, 2008-2009-cu illərdə SOCAR-ın İnvestisiya Departamentinin investisiya müqavilələri şöbəsinin rəisi olub. 2010-2018-ci illərdə "Azərbaycan İnvestisiya Şirkəti" ASC-yə rəhbərlik edib, 2019-cu ildə Azərbaycan Maliyyə Monitorinqi Xidmətinə rəhbərlik edib.

Müsəlman Birliyi Hərəkatı üzvünün saxlanıldığı deyilir

Mahir Əzimov

Məlumata görə, Mahir Əzimov iyulun 20-də mülki geyimli şəxslər tərəfindən saxlanılıb

Müsəlman Birliyi Hərəkatının fəalı Mahir Əzimovun saxlanıldığı bildirilir.

Bu barədə “Turan”a Müsəlman Birliyi Hərəkatından məlumat verilib.

Məlumata görə, Mahir Əzimov iyulun 20-də mülki geyimli şəxslər tərəfindən saxlanılıb:

"Mahirin işlədiyi mağazaya bir neçə mülki geyimli şəxs gəlib. Onlar Mahirə heç bir səbəb göstərmədən ona zor göstərərək gəldikləri maşına mindirib naməlum istiqamətə aparıblar".

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb.

Müsəlman Birliyi Hərəkatının sədri Taleh Bağırov da bir sıra ağır cinayətlərdə ittiham edilərək 20 il həbs cəzası alıb.

Birliyin başqa həbsdə olan üzvləri də var. Onlar ittihamları qəbul etmir, siyasi sifarişlə həbs olunduqlarını deyirlər.

Rəsmilər isə ölkədə siyasi məhbusların olması fikrini qəbul etmirlər.

İnfeksionist: 'Azərbaycan koronavirusla bağlı yeni dalğanın başlanğıcındadır'

Təyyar Eyvazov

"Azərbaycan koronavirusla bağlı yeni dalğanın başlanğıcındadır". Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov nazirliyin səhifəsində yayımlanan canlı efirdə belə deyib. Onun sözlərinə görə, yaxın vaxtlarda yoluxma hallarında yetərli artımlar olacaq.

Mütəxəssis-ekspert bu dalğanın uzunmüddətli olmayacağını, bir neçə həftə davam edəcəyini vurğulayıb: "Hər birimiz müəyyən mənada risk qarşısındayıq. Xəstəliyin çox yayıldığı dövrlərdə pandemiya davranışı formalaşmışdı. Hər kəs öz risklərini müəyyənləşdirirdi. Qoruyucu tədbirlər hələ də öz qüvvəsindədir".

"Sərt tədbirlərə ehtiyac yoxdur"

Onun sözlərinə görə, Azərbaycanda koronavirusla əlaqəli sərt tədbirlərin tətbiqi gözlənilmir: "Azərbaycanın koronavirusla mübarizədə iki illik təcrübəsi var. İlk vaxtlarda xəstəliklə əlaqədar ən sərt tədbirlərin görülməsi pandemiya ilə bağlı məlumatların azlığından irəli gəlirdi. Ancaq bu gün görürük ki, "Omikron" ştammının yüksək yoluxduruculuq qabiliyyəti olsa da, ağır xəstələnmə hallarının sayı azdır".

Son həftələrdə koronavirus infeksiyasına yoluxmada yenidən artım müşahidə edilir. Azərbaycanın səhiyyə qurumları əhalini ehtiyatlı olmağa çağırır, tibbi maskadan, respiratorlardan istifadəni tövsiyə edir.

Rəsmi rəqəmlərə görə, indiyədək Azərbaycanda ümumilikdə 794 min 913 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 784 min 90 nəfər müalicə olunaraq sağalıb, 9 min 727 nəfər vəfat edib. Aktiv xəstə sayının mini ötdüyü bildirilir.

İstirahət mərkəzində zəhərlənmə

11 nəfər zəhərlənib.

Xaçmaz rayonu ərazisində yerləşən istirahət mərkəzlərinin birində kütləvi qida zəhərlənməsi baş verib.

Baş Prokurorluğun Mətbuat xidmətindən "Turan"a bildirilib ki, qida zəhərlənməsi ilə əlaqədar 11 nəfər xəstəxanaya müraciət edib: "Altı şəxsə ambulator qaydada tibbi yardım göstərilərək evə buraxılıb, beş nəfərin isə hazırda stasionar qaydada müalicəsi davam etdirilir. Vəziyyətləri normal qiymətləndirilir".

Qurumdan qeyd olunub ki, hazırda faktla bağlı Xaçmaz rayon polis şöbəsində araşdırma aparılır: "Zəhərlənmənin səbəbinin müəyyənləşdirilməsi məqsədilə istirahət mərkəzindən qida nümunələri götürülərək müvafiq ekspertizalar təyin edilib".

Azərbaycanda buğdaya 5 illik subsidiya tətbiq olunacaq

İlham Əliyev Ağcabədi rayonunda (Arxiv fotosu)

Sənəddə deyilir ki, məqsəd qlobal ərzaq bazarında baş verən proseslər nəzərə alınmaqla ölkənin ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsidir.

Azərbaycanda ərzaqlıq buğdaya 2023-cü ildən başlayaraq 5 il müddətində məhsul subsidiyası tətbiq ediləcək.

Bu haqda prezident İlham Əliyevin iyulun 19-da imzaladığı fərmanda deyilir.

Məhsul subsidiyası Kənd Təsərrüfatı Nazirliyi ilə müqavilə bağlamış, ərzaqlıq buğda istehsalı ilə bağlı öhdəlik götürmüş şəxslərin istehsal etdiyi, Dövlət Ehtiyatları Agentliyinə, dəyirmanlara təhvil verilən ərzaqlıq buğdaya tətbiq olunacaq.

Fərmana əsasən hökumət ərzaqlıq buğdanın istehsal xərclərini (maya dəyərini) və istehsalçının mümkün qazancını nəzərə almaqla ərzaqlıq buğdanın dövlət tədarük qiymətini müəyyənləşdirəcək. Bu, 2022-ci ildə avqustun 1-dək, növbəti illərdə isə hər il iyulun 1-dək müəyyən edilməlidir.

Sənəddə deyilir ki, məqsəd qlobal ərzaq bazarında baş verən proseslər nəzərə alınmaqla ölkənin ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsidir.

Bu il fevralın 24-də Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra dünyada buğda böhranı yaşanır.

Ukrayna və Rusiya dünyanın ən böyük buğda istehsalçılarındandır. Müharibənin başlaması buğda ehtiyatının sifarişçilərə çatdırılmasına imkan vermir.

Buna görə də qiymət durmadan bahalanmaqdadır, bəzi hesablamalara görə qiymət 750 dəfə bahalanıb.

Rusiya xarici kəşfiyyatının rəhbəri Bakıdadır

Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin

Narışkin Prezident İlham Əliyev və Azərbaycan Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Orxan Sultanovla görüşüb

İyulun 19-da Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin Bakıya gəlib.

Narışkin Prezident İlham Əliyev və Azərbaycan Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Orxan Sultanovla görüşüb.

Turana bu haqda məlumatı Rusiyanın Azərbaycandakı səfirliyi verib.

Ancaq səfrilikdən görüşün məğzi haqqında heç nə deyilməyib.

Məsələ ilə bağlı Prezident Administrasiyası və Xarici Kəşfiyyat Xidmətindən hər hansı məlumat almaq mümkün olmayıb.

Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin dünən rəsmi səfərlə Ermənistanda olub.

Davamı

XS
SM
MD
LG