Keçid linkləri

Təcili xəbərlər
2020, 23 Sentyabr, çərşənbə, Bakı vaxtı 23:40

Putin-in neft proqnozu 'onun öz arzusudur'


Vladimir Putin, 23 dekabr 2016.

Ekspertlərin fikrincə, neftin qiyməti hələ sabitləşməyəcək

Gələn ilin ikinci yarısında neftin qiyməti indiki səviyyədə qalacaq. Rusiya prezidenti Vladimir Putin dekabrın 23-də keçirilən illik mətbuat konfransı-nda belə deyib və fikrini əsaslandırmağa çalışıb (pravda.ru):

Buna da bax: Azərbaycanın neft pulları hansı valyutadadır?

"Neftin qiymətinə dair proqnoz vermək çox çətindir. Qiymətlər bir çox qeyri-müəyyən amillərdən asılıdır. Bu səbəbdən öncədən proqnoz vermək mümkün deyil. Energetika Nazirliyi artıq öz ehtimallarını səsləndirib. Fikrimizcə, gələn ilin 2-ci yarısında artıq neft bazarda tükənəcək və neftin qiyməti sabitləşəcək. Hesab edirik ki, qiymətlər indiki səviyyədə sabitləşəcək".

Rusiya, neft, dollar və rubl
Rusiya, neft, dollar və rubl

V. Putin əminliklə söyləyib ki, rəsmi Moskva OPEC-in əldə etdiyi razılaşmaya qoşulmaqla düzgün addım atıb:

"Rusiya neft hasilatını cüzi azaldacaq. Neft hasilatının azaldılmasına dair razılaşma Rusiyanın dövlət büdcəsinə illik 1,75 trilyon rubl vəsait gətirəcək".

Buna da bax: Neft Fondu niyə Çinə investisiya qoyur, Azərbaycana yox?

“ABŞ-dan gələn xəbər”

Neftin qiymətinin sabitləşəcəyinə ümidlər Neft İxrac Edən Ölkələr Birliyinin (OPEC-in) hasilatı azaltmaq barədə razılığından sonra doğub. OPEC 2001-ci ildən bəri ilk dəfə hasilatı azaltmaq razılığına gəlib. Ötən ay təşkilata üzv ölkələr istehsalı gündə 1,2 milyon barrel azaltmaq barədə anlaşma imzaladılar. Bu qərar neftin qiymətini artırdı. Mütəxəssislər neftin qiymətinin 2015-ci ildən bəri ən yüksək həddə çatdığını deyirlər. Amma 2014-cü illə müqayisədə qiymətlər yenə iki dəfə aşağıdır. Bundan əlavə, OPEC-ə üzv olmayan ölkələr də, gündəlik neft hasilatını 558 min barrel azaltmağa qərar verdilər.

Di gəl, ekspertlər düşünürlər ki, bu qərarlar neftin qiymətinin 100 dolları aşmasına kömək etməyəcək. Təkcə neft ehtiyatının artmasına dair ABŞ-dən gələn xəbər “qara qızılı” ucuzlaşdırmağa yetərlidir.

“Gələn il neftə tələbatın ciddi artımı gözlənilmir”

Azər Mehtiyev, 12 aprel 2012
Azər Mehtiyev, 12 aprel 2012

İqtisadçı ekspert Azər Mehtiyev deyir ki, dünya iqtisadiyyatının inkişaf meyllərində qeyri-müəyyənlik davam etməkdədir:

“Son zamanlar həm OPEC-in, həm də bu təşkilata üzv olmayan neft hasilatı ölkələrinin gündəlik neft hasilatını azaltmaq barədə qərarı neftin qiymətinin bir qədər yüksəlməsinə gətirib çıxarsa da, bunun nə qədər davamlı olacağını söyləmək çətindir. Çünki əksər beynəlxalq təşkilatların proqnozlarına görə, gələn il neftə tələbatın ciddi artımı gözlənilmir”.

“Hələ tezdir”

Dünya neft bazarında ABŞ-ın təsir imkanlarının artdığını bildirən ekspertin fikrincə, yaxın zamanlarda bu ölkə bazarlara əlavə neft çıxara bilər:

“ABŞ dollarının getdikcə möhkəmlənməsi də davam edir. Gələn ilin birinci yarısında Orta Şərqin və Afrikanın hasilatçı ölkələrində ciddi siyasi təlatümlər olmasa, o zaman neftin qiymətinin indiki səviyyədə uzun müddət qalmayacağını söyləmək mümkündür. Bir sözlə, neft bazarında sabitləşmənin baş verəcəyini gözləmək hələ tezdir”.

“Putin istəyini səsləndirir”

Ekspertlərdən Natiq Cəfərli bildirir ki, Putin öz istəyini səsləndirir:

Natiq Cəfərli
Natiq Cəfərli

“Rusiya üçün 55 dollar yaxşı qiymətdir. Mən düşünürəm ki, ABŞ-da hasilatın artması qiymətləri yenidən 45-50 dollar səviyyəsinə çəkəcək”.

O da deyir ki, “ABŞ-ın neft ehtiyatı artıb” xəbərineftin qiymətinin ucuzlaşmasına yetir və: “Üstəlik, hər həftə yeni buruqların da sayı artır. Bu həftə 12 yeni buruq istehsala daxil oldu”.

XS
SM
MD
LG