Keçid linkləri

Təcili xəbərlər
2020, 24 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 08:02

'8 xarici agent müəyyən edilib'


Arxiv fotosu.

“Azərbaycana qarşı kəşfiyyat-pozuculuq fəaliyyəti məqsədilə xarici xüsusi xidmət orqanları ilə əlaqədə şübhəli bilinən 8 nəfər müəyyən edilib. Onlardan 7-si Azərbaycan vətəndaşı, biri əcnəbidir. Bundan başqa məxfi əməkdaşlığa cəlb edilən 4 Azərbaycan vətəndaşı üzə çıxarılıb”.

Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev 2016-cı ilin yekunları ilə bağlı rəhbərlik etdiyi qurumda keçirilən toplantıda belə deyib. Bu haqda xidmətin press-relizində bildirilir.

Buna da bax:​ Çexiyada Rusiya təbliğatına qarşı xüsusi şöbə yaradılır

Çıxışını xidmətin fəaliyyətinə həsr edən E.Quliyev əlavə edib ki, başa çatmaqda olan il ərzində xaricdəki münaqişə zonalarında döyüşmüş 8 Azərbaycan vətəndaşı saxlanıb. Qanunsuz miqrasiya ilə məşğul olan 6 qrup, qaçaqmalçılıq, narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 5 mütəşəkkil dəstə zərərsizləşdirilib.

O, həmçinin deyib ki, sərhəd rejimini pozan 13 min 248, axtarışda olan 4590 nəfər saxlanıb. Sərhədçilər ölkə ərazisindən 49 milyon 319 min manat dəyərində qaçaqmalın çıxarılmasının qarşısını alıblar.

Buna da bax: Rusiyada yeni «xarici agent»lər tapılır

Ancaq, xarici ölkələrin məxfi əməkdaşlığa cəlb etdiyi deyilən şəxslərin, nədə ittiham edildiyi və adları açıqlanmır.

Multimedia

XS
SM
MD
LG