Keçid linkləri

2024, 23 May, Cümə axşamı, Bakı vaxtı 06:33

Ivanka ilə mübahisə edən təyyarədən düşürülüb


Donald Trump və qızı Ivanka
Donald Trump və qızı Ivanka

Ötən gün JetBlue hava yollarının sərnişini təyyarədən çıxarılıb. Media qurumları onun Ivanka Trump barədə qəzəbli sözlər dediyini bildirir.

"JetBlue Airways Corp" şirkəti sərnişinin Nyu Yorkun John F. Kennedy beynəlxalq hava limanından San Fransiskoya yola düşən təyyarədən düşürülməsi haqda xəbəri təsdiqləyib, ancaq insidentlə bağlı əlavə bilgi verməyib.

Buna da bax:​ ABŞ-ın Cənubi Qafqaza marağı azalır, yoxsa…

Təyyarədə olan Marc Scheff adlı başqa bir sərnişin bildirib ki, həmin şəxs ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trump-ın qızı Ivankanı görəndə diqqətlə ona baxıb və belə deyib: "Aman Allah. Bu, dəhşətdir!”

"Sərnişini təyyarədən düşürmək qərarını vermək asan olmayıb. Komandamız həmin sərnişini növbəti təyyarəyə yerləşdirməyə çalışıb", – "JetBlue"nun mətbuata açıqlamasında deyilir.

“ƏRİM ONLARI TƏQİB EDİR”

"Reuters" təyyarədən endirilən sərnişinin adını müəyyən edə bilməyib. Ancaq Matthew Lasner adlı bir “Twitter” istifadəçisi həyat yoldaşının hava limanında Ivanka Trump və əri Jared Kushnerlə mübahisə etmək istədiyini yazıb.

Buna da bax: Putin, Trump nüvə potensialını artırmağa çağırır

"Ivanka və Jared JFK T5 (John F. Kennedy hava limanının T5 terminalında), kommersiya reysində. Ərim onlara sataşmaq üçün onları təqib edir", – deyə Matthew Lasner (@mattlasner) öz tvitində yazıb. Ancaq tvit sonradan silinib.

“Twitter”də yazdıqları barədə açıqlama almaq üçün Nyu Yorkdakı Hunter Kollecinin professoru Lasnerlə əlaqə saxlamaq mümkün olmayıb.

"Təyyarəyə uşaqları ilə minmiş qadınla belə davranmaq, siyasi mövqeyin, yaxud düşüncələrindən asılı olmayaraq, bir amerikalının edəcəyi hərəkət deyil", – deyə Trump-ın sözçüsü Sean Spicer bildirib.

Buna da bax:​ Sylvester Stallone Trumpun ona təklif etdiyi vəzifədən imtina etdiyini deyib

“ÖLKƏMİZİ DAĞIDIRLAR”

40 yaşlı Scheff, "Reuters"ə təyyarədən endirilən sərnişinin "əsməyə başladığını" deyib.

Onun sözlərinə görə, "JetBlue"nun heyəti həmin şəxsi sakitləşdirmək üçün ona yaxınlaşıblar. Sərnişin onlara belə deyib: "Onlar bizim ölkəmizi dağıdırlar, indi də uçuşumuzu pozmağa çalışırlar!"

Scheff sərnişinin "açıq-aşkar həyəcanlı" olduğunu, ancaq "qışqırmadığını" deyib.

Buna da bax:​ İvanka Trump və əri siyasətə gəlir?

Qeyd edilir ki, Ivanka Trump ailəsi ilə birlikdə Havay adalarına istirahətə gedirmiş.

Donald Trump və ailəsininsə Milad günlərini onun Floridanın Palm Biç şəhərindəki istirahət mərkəzində keçirəcəyi bildirilir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG