Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 05:59

Sylvester Stallone Trumpun ona təklif etdiyi vəzifədən imtina etdiyini deyib


Amerikalı aktyor Sylvester Stallone.
Amerikalı aktyor Sylvester Stallone.

Amerikalı aktyor Sylvester Stallone ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trump-ın ona təklif etdiyi yüksək vəzifədən imtina edib. Stallone təklifə razı olsaydı ABŞ-ın Milli İncəsənət Fondunun rəhbəri olacaqdı. Bu haqda "Variety" dərgisi yazır.

Döyüş filmləri ilə tanınan 70 yaşlı aktyor Stallone Trump-un təklifindən xeyli məmnun olduğunu, ancaq belə bir vəzifənin əvəzinə ictimai fəaliyyətlə məşğul olmağı üstün tutduğunu deyir.

Buna da bax: İtalya şəhərinin meri Trumpun qatı əleyhdarı De Niroya sığınacaq təklif edib

"Hesab edirəm ki ictimaiyyətin diqqətini evinə qayıdan hərbçilərə çəkmək, onları işlə, evlə, maddi gəlirlə təmin etməklə cəmiyyətə daha böyük fayda verə bilərəm. O qəhramanlar buna layiqdir" - deyə Stallone danışıb.

Xatırladaq ki, Stallone ABŞ-da müharibə veteranları ilə bağlı sosial fəaliyyətlərlə məşğuldur.

Bunda öncə "Daily Mail" qəzeti yazmışdı ki, Donald Trump aktyor Stallone-yə öz administrasiyasında vəzifə təklif edib. Söhbət İncəsənət Fondunun rəhbərliyindən gedirdi. Bu fond ABŞ-da İncəsənətə verilən dövlət qrantlarının paylaşılması ilə məşğul olur.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG