Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 06:40

İtalya şəhərinin meri Trumpun qatı əleyhdarı De Niroya sığınacaq təklif edib


Robert De Niro.

Robert De Niro.

ABŞ-da prezident seçkiləri keçirilən zaman Hollywood aktyoru Robert De Niro zarafatla "Donald Trump ABŞ prezidenti seçilərsə ölkəni tərk edəcəyəm" demişdi. Onun sözlərini ciddi qəbul edən İtalyanın Molise əyalətindəki kiçik Ferrazzano şəhərinin meri "Ona qucağımızı açırıq" deyərək, Robert De Niroya adı çəkilən şəhərdə sığınacaq təklif edib. Bu haqda "Independent" qəzeti yazır.

Buna da bax: Hollywood ulduzları ABŞ-dakı seçkilərdən danışır

Bu haqda aktyor özü Jimmy Kimmel-in talk show-da bəyan edib. Kimmel De Nirodan soruşub ki, o seçki kampaniyası zamanı Cənab Trump-u yumruqlamaq istədiyini deyirdi, bəs indi həmin fikrində qalırmı? De Niro isə cavabına bildirib ki: "İndi belə şey edə bilmərəm. Gərək vəziyyətə hörmət edəm".

"Biz sadəcə Trumpun nə etməyə hazırlaşdığını və müxtəlif işləri necə yerinə yetirəcəyinə baxmalıyıq... və indi biz bir çox şəhərlərdə insanların çox məyus olduğunu və etiraz etdiklərini görürük'" - deyə Robert De Niro danışıb.

Xatırladaq ki, amerika aktyoru Robert de Niro miliyyətcə italyandır, onun ulu babası 1890-cı ildə İtalyanın Ferrazanno şəhərindən gəliblər. O verilişdə danışarkən yəqin ki, bundan sonra babalarının vətəninə köçəcəyini deyib.

Buna da bax: Donald Trump şok qələbəni necə qazandı?

De Nironun sözlərindən xəbər tutan Ferrazanno şəhərinin meri Antonio Cerio-nun açıqlaması özünü çox gözlətməyib. O deyib ki: "Əgər De Niro məyusluq keçirirsə biz onu burda qaçqın kimi qəbul edə bilərik, mən onu salamlamaqdan şərəf duyaram".

Bu həftənin əvvəli isə De Niro Donald Trumpun prezident seçilməsini ABŞ-dakı ekiz qüllələrə təşkil olunmuş terror aktına bənzətmişdi. Robert De Niro Donald Trumpun ən qatı əleyhdarlarından hesab olunur.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG