Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 05:18

Müğənni Björk musiqi sənayesindəki seksizmə etiraz edir


Müğənni Björk.
Müğənni Björk.

İslandiyalı dünyaca məşhur müğənni Björk, facebook səhifəsində açıq məktub yazaraq musiqi aləmində qadınların məruz qaldığı ayrıseçkiliyə etirazını bildirib.

"Musiqidə qadınların ancaq kişi sevgililəri haqda mahnı yazıb oxumasına yaxşı baxılır. Mahnının mövzusu atom, qalaksiyalar, aktivizm və s. olarsa dərhal müğənni tənqidlərə məruz qalır. Jurnalistlər dərhal o mahnıda əksiklik tapırlar".

Buna da bax: Kinonun seksizm dərdi

51 yaşlı müğənni deyir ki, "Qadınlar döşlərini açıb, kişilər və uşaqlar haqda göz yaşları ilə dolu mahnılar yazmasalar publikanı aldatmaqda ittiham olunurlar. Ancaq kişilərə istənilən mövzuda tarixdən, fantastikaya qədər hər sahəyə aid mahnılar yazmaq icazəsi verilib". Björk bildirib ki, 2017-ci ildə çıxaracağı albomuyla "qadın rolundan" çıxacağını da əlavə edib.

Xatırladaq ki, Björk, ötən ilin yanvar ayında "Vulnicura" albomunu çıxarmazdan əvvəl də məruz qaldığı cinsi ayrıseçkiliyə etiraz etmişdi, o demişdi ki: "10 il boyunca musiqi qrupundakı yeganə qadın olduğum üçün fikirlərimi həyata keçirə bilmək üçün onu kişilərinkinə bənzətməyim gərəkdiyini anladım".

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG