Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 14:09
-

Yeni araşdırma göstərir ki, hətta Amerikada da ssenarilər yazılanda kişi qəhrəmanlara daha çox yer verilir.

Ötən il Amerikanın ən çox gəlir gətirən 100 filmində baş qəhrəmanların yalnız 15 faizi qadın olub.

Baxmayaraq ki, Hollivudda yetərincə bacarıqlı aktrisalar var.

Bu, “It’s a Man’s World” (Bu, kişilərin dünyasıdır) araşdırmasının nəticəsidir.

100 filmdən yalnız 13-də qadın və kişi obrazların sayı bərabər olub.

Hesabatı hazırlayan San Diego Dövlət Universitetindən Dr. Martha Lauzen deyir ki, filmlərdə lider mövqeli qadın obrazlar adətən kişilərdən daha az olur, qadın obrazların çoxunun aydın hədəfi olmur.

Ötən il qadın baş qəhrəmanları ilə iki film daha çox diqqəti çəkib: Cate Blanchett-in çəkildiyi “Blue Jasmine” və Sandra Bullock-un çəkildiyi “Gravity”.
Sandra Bullock

Sandra Bullock


“Bəziləri hələ də axmaqcasına inanırlar ki, qadın filmləri – qadının baş qəhrəman olduğu filmlər – sadəcə, ikinci dərəcəli seqmentdir. Bu, qətiyyən belə deyil” - Blanchett bunu bu il “Ən yaxşı qadın roluna görə Oskar mükafatı” alarkən demişdi: “Tamaşaçılar qadın qəhrəmanlar görmək istəyir və belə filmlər gəlir də gətirir”.

Bu ilin yanvarında Blanchett “Screen Actors Guild” mükafatının təqdimat mərasimində “qırmızı xalça seksizmi”nə etiraz jesti etmişdi. Onu paltarının ətəyindən başlayaraq çəkən kameramana tərəf əyilib “Kişiləri də belə çəkirsənmi” demişdi. (Video burda)

Ötən ilin noyabrında isə İsveçdə kinoteatrlar elan etdilər ki, filmləri seksizm baxımından test edəcəklər.

Konkret olaraq hər bir filmi Bechdel testindən keçirəcəklər.

Rəssam Alison Bechdel-in feminist testi 1985-ci ildə yaradılıb.

Bu test onu araşdırır ki, nəsr əsərlərində, filmlərdə qadın obrazlar öz aralarında kişilərdən başqa da nə barədəsə danışırlarmı…

"İndependent"

Günün bütün mövzuları

XS
SM
MD
LG