Keçid linkləri

Təcili xəbərlər
2021, 24 Yanvar, bazar, Bakı vaxtı 23:35

Bakının yeni ‘Baş planı’ boş çıxdı?


Bakının panoramı.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında "Bakıdövlətlayihə" İnstitutunun hazırladığı “Bakı şəhərinin ərazilərindən istifadə və zonalaşdırma planı” (Baş plan) şəhərin sosial-iqtisadi inkişafının bir çox istiqamətlərini əks etdirmir.

Bu barədə dekabrın 23-də Bakı Şəhər İcra Hakimiyyəti bildirib.

Buna da bax:​ 350 'göydələn'in hərəsinə 30 sot sahə ayrılacaq

“Turan” Agentliyinin xəbərinə görə, meriya hesab edir ki, Ələt qəsəbəsində ikinci sərnişin aeroportunun, Xırdalan şəhərində yeni metro stansiyasının inşası, çoxlu sayda yaşayış evlərinin sökülməsi barədə institutun direktoru İlqar İsbatovun açıqlamaları həqiqətə uyğun deyil.

“Bu Baş plan heç bir aidiyyəti dövlət qurumu ilə razılaşdırılmayıb, lazımi ekspertizadan keçirilməyib və ölkə rəhbərliyinə təqdim edilməyib. Odur ki, sözügedən layihə rəsmi sənəd kimi qəbul edilə bilməz”, meriya bildirib.

Buna da bax:​ 30 min nəfər köçürüləcək

Xatırlatma

"Bakıdövlətlayihə" İnstitutunun direktoru İ.İsbatov bildirmişdi ki, Bakı və Abşeron 9 zonaya bölünəcək: Cənub, Şimal, Şərq, Mərkəzi və beş periferiya.

Baş planın 2035-ci ilədək yerinə yetirilməsi nəzərdə tutulub və astronomik məbləğ - 283,97 mlrd. manat həcmində dəyərləndirilir. Həmin vəsaitlərin mənbəyi göstərilməyib.

Buna da bax:​ Şəhərlərin baş planları hazırlanır

Planda nəzərdə tutulub ki, 2035-ci ilədək paytaxtın mənzil fondunun sahəsi 97,78 mln. kv/metr təşkil edəcək. Layihənin gerçəkləşdirilməsi ilə əlaqədar Bakıda 122 min bina söküləcək və köçürüləcək.

Şərhlər (1)

Bu forum dayandırılıb
XS
SM
MD
LG