Keçid linkləri

Təcili xəbərlər
2020, 21 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 14:21

Nardaran dustaqları aclığı dayandırdı


Taleh Bağırov aclıq aksiyasına başladı
Gözlə

No media source currently available

0:00 0:03:00 0:00

Taleh Bağırov aclıq aksiyasına başladı

Öz məhkəmələrində iştiraklarına imkan verilməməsinə etiraz olaraq aclıq edən Müsəlman Birliyi Hərəkatının sədri Taleh Bağırov, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı və daha 17 nəfər dekabrın 23-dən aksiyanı dayandırır. Bu barədə AzadlıqRadiosuna vəkil Yalçın İmanov məlumat verib.

Vəkil bildirib ki, onlar həm də məhkəmədə iştirak etmədikləri halda hər iclas günü səhər Kürdəxanıdakı istintaq təcridxanasından çıxarılıb Bakı Ağır Cinayətlər Məhkəməsinə gətirilir, axşama qədər burada soyuq zirzəmidə saxlanılırlar.

«Taleh Bağırov və digərləri aclıq aksiyası ilə həm də onlara verilən bu işgəncəyə etiraz edirdilər. Soyuq zirzəmidə saxlanma nəticəsində onların bir neçəsinin səhhətində problemlər yaranmışdı. Aclıq onlara daha da pis təsir göstərib və durumları ağırlaşıb. Ona görə aclığı dayandırmaq qərarı veriblər», – Yalçın İmanov bildirib.

Ötən il noyabrın 26-da polisin Bakının Nardaran qəsəbəsindəki əməliyyatında ikisi polis, 6 nəfər həlak olub. Rəsmi ittihama görə, Nardaranda radikal silahlı dəstə polis əməkdaşlarına silahlı müqavimət göstərərkən, 2 polis əməkdaşı da həlak olub.

Nardaranda və Sabunçu polis idarəsinin qarşısında baş verən hadisələrə görə 70-dən çox adam da saxlanmışdı. Onların əksəriyyəti bir neçə gün sonra azad edilib, bir hissəsi isə 1 il 6 aydan 2 il 6 ayadək həbs cəzası alıb.

Hazırda Nardaran əməliyyatına görə saxlanılan 18 nəfərin mühakiməsi Bakı Ağır Cinayətlər Məhkəməsində davam edir.

Multimedia

XS
SM
MD
LG