Cəbhə bölgəsində yeni tikilmiş hərbi şəhərciyin açılışı olub.
Bu barədə dekabrın 23-ü Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Xəbərə görə, müdafiə naziri Zakir Həsənov və rəhbər heyət hərbi şəhərciyin ərazisindəki şəraitlə tanış olub.
Z.Həsənov şəxsi heyət qarşısında çıxış edərək, sosial-məişət şəraitinin yaxşılaşdırılması və maddi-texniki bazanın möhkəmləndirilməsi məqsədilə görülən işləri diqqətə çatdırıb.