Keçid linkləri

Təcili xəbərlər
2020, 29 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 10:48

FHN-dən bayram tövsiyələri


Küknar ağacı

Fövqəladə Hallar Nazirliyi (FHN) Yeni il bayramında yanğın təhlükəsizliyi qaydaları ilə əlaqədar əhaliyə müraciət edib.

Nazirlik Yeni il bayramı ilə əlaqədar yanğın təhlükəsinin artacağını nəzərə alaraq, əhaliyə bəzi tövsiyələrini verib.

Müraciətdə qeyd olunub ki, evlərdə və şənlik məkanlarında bəzədilən küknar ağacı yerə möhkəm bərkidilməlidir. İşıqlandırmada standarta uyğun elektrik qurğu və cihazından istifadə edilməlidir. Ağac tezalışan oyuncaqla bəzədilməməli, qapalı məkanda atəşfəşanlıq edilməməlidir.

Bundan başqa, bayramda şənliklər ikinci mərtəbədən yuxarıda keçirilməməli, pəncərədə dəmir barmaqlıq olmamalıdır.

FHN şənliyə tezalışan materialdan paltar geyinməməyi və həmin məkanın ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməyini də tövsiyə edir.

XS
SM
MD
LG