Keçid linkləri

Təcili xəbərlər
2020, 26 Sentyabr, şənbə, Bakı vaxtı 20:03

Putin, Trump nüvə potensialını artırmağa çağırır


V.Putin

Rusiya prezidenti Vladimir Putin deyib ki, onun ölkəsi indi istənilən potensial düşməndən güclüdür, eyni zamanda hər hansı təhlükəni neytrallaşdırmağa hazır olmalıdır. Dünən—dekabrın 22-də Müdafiə Nazirliyində illik çıxışı zamanı V.Putin Rusiyanın həm də nüvə potensialını gücləndirməli olduğunu söyləyib.

Dünən ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trump da ölkəsinin nüvə qabiliyyətini artırmalı olduğunu bildirib. Sözçüsü Jason Miller-in sözlərinə görə, D.Trump bunun terrorçulara və yaramaz rejimlərə qarşı mübarizədə vacib olduğunu demək istəyib. Nüvə silahları üzrə ABŞ eksperti Steven Pifer isə Twitter hesabında yazıb ki, Birləşmiş Ştatların nüvə genişlənməsinə ehtiyacı yoxdur. Bundansa Vaşinqton Rusiyanın nüvə silahlarını azaltmasına çalışmalıdır.

XS
SM
MD
LG