Keçid linkləri

Təcili xəbərlər
2020, 30 Sentyabr, çərşənbə, Bakı vaxtı 04:41

İlham Əliyev BP prezidentini qəbul edib


Robert Dudley

Prezident İlham Əliyev dekabrın 22-də BP şirkətinin prezidenti Robert Dudley-ni qəbul edib.

Bu haqda ölkə başçısının rəsmi internet səhifəsi məlumat verir.

Məlumatda görüşdə Azərbaycan ilə BP şirkəti arasında uzun illər uğurlu və qarşılıqlı faydalı əməkdaşlığın həyata keçirilməsinin vurğulandığı bildirilir.

Görüş zamanı, əsasən, 2024-cü ildən sonra «Azəri-Çıraq-Günəşli» yataqlar blokunun işlənilməsi ilə bağlı məsələlər müzakirə edilib. Yataqların gələcəkdə işlənilməsində xarici şirkətlərin maraqlı olduğu qeyd edilib.

2001-ci ildən 2016-cı il avqustun 1-ə kimi «Azəri-Çıraq-Günəşli» blokundan mənfəət neftinin satışından Dövlət Neft Fonduna 119 milyard 779 milyon dollar vəsait daxil olub.

«Azəri-Çıraq-Günəşli» blokunda hasilat üzrə saziş 1994-cü ilin sentyabrında bağlanılıb. Layihə iştirakçıları BP (35.78%), «Chevron» (11.27%), «ExxonMobil» (8%), ONGC (2.72%), SOCAR (11.65 %), «Inpex Corp.» (10.96%), «ITOCHU Oil» (4.3%), «Statoil» (8.56%) və TPAO (6.75%) şirkətləridir.

Şərhlər (1)

Bu forum dayandırılıb

Multimedia

XS
SM
MD
LG