Keçid linkləri

Təcili xəbərlər
2021, 26 Fevral, Cümə, Bakı vaxtı 15:08

İtkin neftçilərdən xəbər yoxdur


Neft Daşları

Bu il dekabrın 15-də Xəzərdə estakadanın uçması nəticəsində itkin düşmüş neftçilərin axtarışı davam etdirilir.

Neftçilərin axtarışı ilə bağlı yaradılan qərargahdan verilən xəbərə görə, hazırda estakadanın dənizə düşdüyü ərazidə təmizlənmə işləri aparılır.

Bundan ötrü 100 ton yükgötürmə qabiliyyəti olan «Şirvan-3» kran gəmisi işə cəlb edilib. İndi uçmuş estakada qalıqların çıxarılması işləri həyata keçirilir.

Qərargahdan ehtimal edirlər ki, itkin neftçilər estakadanın qalıqları altında ola bilər.

2016-cı il dekabrın 15-də N.Nərimanov adına neft-qazçıxarma idarəsinin 1 saylı mədənində estakadanın dənizə uçması ilə 10 neftçi dənizə düşüb. Neftçilərdən ancaq İlham Qafarovun həmin gün cəsədi tapılaraq ailəsinə təhvil verilib.

XS
SM
MD
LG