Keçid linkləri

Təcili xəbərlər
2021, 27 Yanvar, çərşənbə, Bakı vaxtı 05:41

İran prezidenti Ermənistana gedib


Hassan Rohani və Serzh Sarkisian

İran prezidenti Hassan Rohani dünən—dekabrın 21-də Ermənistana səfər edib. O, erməni həmkarı Serzh Sarkisian və baş nazir Karen Karapetian-la görüşüb, Ermənistan-İran biznes forumunda iştirak edib.

Ermənistandan sonra H.Rohani Qazaxıstana, Qırğızıstana getməlidir. Hər iki ölkə Şanxay Əməkdaşlığı Təşkilatının (SCO) üzvüdür və İran da bu qurumda müşahidəçi statusuna malikdir. İran SCO-ya üzv olmaq istəyini 2008-ci ildən elan etsə də, BMT sanksiyaları üzündən buna nail ola bilməyib.

Yanvarda BMT-nin İrana sanksiyaları ləğv olunandan sonra Çinin prezidenti Xi Jinping İranın SCO-ya tam üzvlüyünə dəstək olacağını elan edib.

XS
SM
MD
LG