Keçid linkləri

Təcili xəbərlər
2020, 23 Sentyabr, çərşənbə, Bakı vaxtı 00:04

Türkiyə diplomatının qızının intihar etdiyi deyilir


Foto illüstrasiya

Bakıda dekabrın 20-si intihar olayının baş verdiyi bildirilir.

APA-nın xəbərinə görə, hadisə Sarabski küçəsi, ev 16, mənzil 38 ünvanında qeydə alınıb.

Həmin ünvanda yaşayan 15 yaşlı Türkiyə vətəndaşı Şevval Günler-in özünü 10-cu mərtəbədən atdığı bildirilir.

İlkin məlumata görə, həmin qız təhsil aldığı liseydə cəzalandırılaraq dərsdən 1 günlük uzaqlaşdırılıbmış.

Agentliyin xəbərinə görə, onun atası Arslan Azmi Günler Türkiyənin Azərbaycandakı səfirliyində çalışır.

Türkiyəli diplomatın qızının nəşinin isə ötən gecə ölkəsinə yola salındığı deyilir.

Xəbərdə qeyd edilir ki, hadisə baş verən vaxt qızın anası evdə olub. Səsə otağa girən ana qızını tapmayıb. Pəncərədən baxanda isə, yerdə onun cansız vəziyyətdə uzandığını görüb.

LİSEYİN DİREKTORU DANIŞDI

Bakıda intihar etdiyi deyilən türk diplomatının qızı Şevval Günler Bakı Türk Anadolu Liseyinin şagirdi olub.

Liseyin direktoru Recep Batur bu haqda məlumat verib. O, APA-ya açıqlamasında özünə qəsd etdiyi deyilən şagirdin liseydə cəza aldığını bildirib.

«Lakin biz düşünmürük ki, o, məktəbdə cəza aldığı üçün özünə qəsd edib. Ola bilər ki, ailəsində problemlər olub. Çünki Şevval Günler bu ayın 8-i cəza alıb, üstündən neçə gün keçib. Bu zaman sual yaranır - o niyə indi intihar etsin?», - deyə direktor bildirib.

Direktor həmçinin qeyd edib ki, Şevval Günler yaxşı oxuyan şagird olmayıb: «Qiymətləri aşağı idi. Çox böyük çevrəsi olan şagird deyildi, sakit uşaq kimi xarakterizə olunurdu».

R.Batur onu da qeyd edib ki, hazırda faktla bağlı başlanmış cinayət işi üzrə prokurorluq əməkdaşları litseyin müəllimlərinin ifadəsini alır.

Multimedia

XS
SM
MD
LG