Keçid linkləri

Təcili xəbərlər
2021, 27 Fevral, şənbə, Bakı vaxtı 23:40

İranla Rusiya eyni bazada çalışırmış


Ali Shamkhani

İranla Rusiya Suriyada eyni bazadan istifadə edirmiş.

Bu haqda İranın Milli Təhlükəsizlik Şurasının katibi Ali Shamkhani yerli agentliklərə müsahibəsində danışıb. Onun sözlərinə görə, iranlı mütəxəssislər bazada ruslarla birgə fəaliyyət göstərərək Suriya ordusuna məşvərətçi kimi yardım ediblər, terrorçularla döyüşlərin planlarını hazırlayıblar. Rusiyanın 2016-cı ilin əvvəlində İranın hava məkanından istifadəsi də bu əməkdaşlığın tərkib hissəsi olub.

A.Shamkhani BMT-nin Suriyaya müşahidə missiyası göndərmək qərarını pisləyib, bu missiyayla yanaşı, terrorçulara yardım edən «kəşfiyyatçı ünsürlər»in Suriyaya daxil olacağını deyib.

BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnaməyə görə, müşahidə missiyası Hələb əhalisinin köçürülməsi prosesinə nəzarət edəcək, bununla da ordunun zorakılıqlarının qarşısını almağa çalışacaq.

XS
SM
MD
LG