Keçid linkləri

Təcili xəbərlər
2021, 22 Yanvar, Cümə, Bakı vaxtı 22:56

Daha bir rus diplomatın meyiti tapılıb


Rusiya Xarici İşlər Nazirliyi

Rusiyanın Xarici İşlər Nazirliyi diplomatlarından birinin meyitinin tapıldığını bildirir. Ölən nazirliyin Latın Amerikası departamentinin baş müşaviri Pyotr Polshikov-dur.

Moskva polisinin məlumatına görə, P.Polshikov güllələnib. Onun cəsədi və vurulduğu silah Balaklava prospektində, bir mənzildə aşkar edilib.

Rusiyanın Xarici İşlər Nazirliyi bildirir ki, ilkin tədqiqat müşavirin ölümünün işiylə bağlı olmadığını göstərir, polis araşdırmalarını davam etdirir.

Rusiya prezidenti Vladimir Putin gizli xidmət orqanlarına Rusiyada, eləcə də Rusiyadan xaricdə təhlükəsizlik tədbirlərini gücləndirmək barədə göstəriş verib. Bundan başqa, kəşfiyyat xidmətinə digər ölkələrin kəşfiyyatçılarıyla əməkdaşlığı artırmağı tapşırıb.

Dekabrın 19-da Rusiyanın Türkiyədəki səfiri Ankarada sərgidə çıxış edərkən qətlə yetirilib. Hadisədən dərhal sonra V.Putin qətli araşdırmaqdan ötrü Ankaraya xüsusi istintaq qrupu göndərəcəyini deyib.

XS
SM
MD
LG