Keçid linkləri

Təcili xəbərlər
2021, 21 Yanvar, Cümə axşamı, Bakı vaxtı 03:24

Bayram çadırları sökülür


Bayram yarmarkası.

Bakı şəhər İcra Hakimiyyətinin paytaxtda təşkil etdiyi bayram yarmarkalarının keçirilməsindən ötrü hazırlanan çadırların fəaliyyət göstərməsinə problem yaranıb.

Bu barədə «Trend»ə Bakı şəhər İcra hakimiyyətinin Xidmət və Ticarət Departamentinin mətbuat xidmətinin rəhbəri Əlabbas Bağırov məlumat verib.

Qurum sözçüsü bildirib ki, buna səbəb çadırların təhlükəsizliyi ilə bağlı texniki şərtlərin tələb edilməsidir: «Çadırların fəaliyyət göstərməsi ilə bağlı Fövqəladə Hallar Nazirliyinin əlaqədar qurumlarından texniki şərt almaq tələb olunur. Bununla bağlı Bakı şəhər İcra Hakimiyyəti Fövqəladə Hallar Nazirliyinə müraciət edib. Hələlik, müraciətə cavab verilməyib. Əgər çadırlar texniki şərtlərə cavab verməsə, söküləcək və bayram yarmarkaları açıq hava şəraitində təşkil ediləcək. Texniki şərtlər alınmadığından isə, hələlik, yarmarkaların çadırlarda fəaliyyət göstərməsinə icazə verilmir».

Ə.Bağırov deyib ki, hazırda Bakıda 10 yerdə bayram yarmarkası çadırı qurulsa da, onların fəaliyyət göstərməsinə icazə verilməyib: «Məsələn, metronun «Neftçilər» stansiyasının qarşısında quraşdırılan bayram yarmarkası çadırı sökülüb. Ola bilsin ki, başqa çadırlar da sökülsün».

XS
SM
MD
LG