Azərbaycan Beynəlxalq Anti-korrupsiya Akademiyasının yaradılması üzrə sazişin üzvü olan ölkələrin assambleyasının büro üzvü seçilib.
Azərbaycanın vergilər nazirliyinin məlumatına görə, qərar üzv ölkələrin Tailandda keçirilən ikinci assambleyasında qəbul edilib.
Toplantıda 29 ölkənin nümayəndələri iştiak ediblər.
Azərbaycanı vergilər nazirinin müavini Sahib Ələkbərov təmsil edib.
S.Ələkbərov Azərbaycanda korrupsiyaya qarşı mübarizədə "İlham Əliyevin rəhbərliyi altında əldə edilən uğurlar"dan danışıb. ASAN xidməti buna misal çəkib.