Keçid linkləri

Təcili xəbərlər
2021, 28 Yanvar, Cümə axşamı, Bakı vaxtı 13:00

ABŞ-da prezident seçkisinin son mərhələsi


Donald Trump

Bu gün –dekabrın 19-da ABŞ-da prezident seçkisinin son mərhələsi keçirilir. Seçici Kollegiyasının üzvləri öz seçimlərini edəcəklər.

Ölkə qanunlarına görə, Seçici Kollegiyasının 538 üzvü ştatların paytaxtlarında ayrı-ayrı toplantılar keçirib, prezidentliyə namizədə səs verməlidir. Bəzi ştatlarda qanun kollegiya üzvlərinin onların ştatında qalib gələnə deyil, başqa namizədə üstünlük verməsinə yol açır.

Demokratlar sona qədər savaşaraq, kollegiya üzvlərinə təsir göstərməyə çalışıb, kəşfiyyatın Rusiyanın seçkiyə müdaxiləsi barədə bilgilərinin səsvermədə nəzərə alınmasını istədilər. Amma Seçici Kollegiyasının Donald Trump-ın prezidentliyini təsdiqləyəcəyi gözlənir.

XS
SM
MD
LG