Keçid linkləri

Təcili xəbərlər
2020, 03 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:49

Büdcə layihəsi təsdiqləndi


Samir Şərifov

Dekabrın 16-sı Milli Məclisdə 2017-ci il dövlət büdcəsinin layihəsi səsə qoyularaq təsdiqlənib.

«Report»un xəbərinə görə, maliyyə naziri Samir Şərifov deyib ki, dövlət büdcəsi və sonrakı 3 ilin icmal büdcənin layihəsinin Milli Məclisdə müzakirəsi zamanı irəli sürülən təkliflər təhlil edilib.

Onun deməsinə görə, makroiqtisadi sabitliyin qoruması nəzərə alınmaqla bəzi tədbirlər üzrə xərclərin artırılması nəzərdən keçirilib.

«Mədəniyyət xərclərinin artırılması ilə bağlı təkliflər nəzərə alınıb və bu sahəyə ayrılan vəsaitə əlavə 3 milyon manatın ayrılması nəzərdə tutulur. Həmçinin, Milli Məclisin saxlanılması xərclərinin də 850 min manat artırılması nəzərdə tutulur. Gənclər Fondunun vəsaitinin cari ilin səviyyəsində saxlanılması təklif edilib. Lakin 2017-ci ildə büdcənin hədəfləri, büdcənin optimallaşdırılması nəzərə alınaraq, Gənclər Fonduna azalmanı ciddi problem hesab etmirik», - deyə nazir qeyd edib.

2017-ci il dövlət büdcəsinin gəlirləri 16.255 milyard, xərcləri 16.904 milyard manat həcmində təsdiqlənib.

Neft Fondundan dövlət büdcəsinə transfertlər 6.1 milyard manat həcmində nəzərdə tutulur. Bu da 2016-cı ilin proqnozu ilə müqayisədə 1.515 milyard manat və ya 19.9 faiz azdır.

Gələn ilin büdcəsində gəlirlərin hesablanması zamanı neftin ixrac qiyməti bir barrelə görə 40 dollar nəzərdə tutulub. Bu il isə bu rəqəm 25 dollar götürülmüşdü.

2016-cı ilin dövlət büdcəsinin gəlirləri 16 milyard 822 milyon manat, xərcləri isə 18 milyard 495 milyon manat olub.

Multimedia

XS
SM
MD
LG