Keçid linkləri

Təcili xəbərlər
2020, 30 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 08:46

Ət idxalı 108, çay idxalı isə 188 faiz artıb


Foto illüstrasiya

2016-nın yanvar-noyabr aylarında Azərbaycanın xarici ticarətinin həcmi 16 milyard 31 milyon 631 min ABŞ dolları olub.

Dövlət Gömrük Komitəsinin bildirməsinə görə, bu, keçən ilin analoji dövrünə nisbətdən 20.2 faiz azdır. Komitənin açıqlamasına görə, idxalın həcmi 7 milyard 716 milyon ABŞ dolları olub. Bu da 6 faiz azalma anlamına gəlir. İxrac isə 8 milyard 314 milyon ABŞ dollarına (30.02 faiz azalma) bərabər olub.

ƏSAS MALLARIN İXRACINDA AZALMA FAİZLƏRİ

Xam neft – 28.62 faiz
Neft məhsulları – 47.98 faiz
Təbii qaz – 36.18 faiz
Çay – 67.43 faiz
Bitki və heyvan mənşəli piylər, yağlar – 89.56 faiz
Şəkər – 69,31 faiz
Spirtli və spirtsiz içkilər – 32.18 faiz
Plastmas və onlardan hazırlanan məmulatlar – 11.49 faiz

Əsas ixrac mallarından qara metal, ondan hazırlanan məmulatlar 179.34, pambıq iplik 29.29, meyvə-tərəvəz 20.66, alüminium və ondan hazırlanan məmulatlar isə 8.08 faiz artıb.

İdxalda əsas mallarda artım belə olub: Ət 108.21, süd 36.45, kərə yağı, süddən hazırlanmış digər yağlar 119.44, meyvə- tərəvəz 130.81, çay 188.17, şəkər isə 30.50 faiz artıb.

Buğda, tütün və tütün məmulatlarının idxalının azalması diqqət çəkir. Ötən ilin 11 ayı ilə müqayisədə ölkəyə 3.55 faiz az buğda gətirilib.

Tütün və tütün məmulatları isə 49.51 faiz az idxal edilib.

XS
SM
MD
LG