Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 03:23

Hollandiyada 'Bütlər dağılacaq' aksiyası [video]


Niderlandda Qiyas və Bayrama azadlıq tələbi
Gözlə

No media source currently available

0:00 0:01:06 0:00

Niderlandda Qiyas və Bayrama azadlıq tələbi [video]

Dekabrın 15-i Hollandiyanın Den Haaq şəhərində həbsdə olan gənc fəallar Qiyas İbrahimov Bayram Məmmədova dəstək aksiyası keçirilib.

Avropada yaşayan mühacirlərdən Orduxan Temirxan aksiyanı sosial şəbəkələr üzərindən canlı yayımlayıb.

Aksiya Azərbaycanın Niderland Krallığındakı səfirliyinin qarşısında keçirilib. Etiraz tədbirinin əsas şüarı “Bütlər dağılacaq” olub.

Buna da bax:​ Məhbuslar üçün məktub marafonu Praqada davam edib

Aksiyaya qatılanlar həbsdə olan gənc fəallar Qiyas İbrahimov və Bayram Məmmədovun hərəkətini təkrarlayıblar. Onlar keçmiş prezident Heydər Əliyevin abidəsinin şəkli həkk olunmuş iri ölçülü plakatın üzərinə “Qul bayramınız mübarək” şüarı yazıblar.

Aksiyada iştirak edənlər bildiriblər ki, bütün dünya bu iki gəncin müdafiəsinə qalxıb. Onların qanunsuz olaraq, qurama ittihamlarla həbs edildiyi bildirilib.

Qiyas İbrahimov və Bayram Məmmədov bu il mayın 10-da həbs ediliblər.

Buna da bax: Avropa İttifaqı gənc fəalların işi ilə bağlı Bakıdan tələb edir

Onların ikisinə də narkotiklərlə bağlı ittiham irəli sürülərək, hərəsinə 10 il həbs cəzası verilib. Gənclər məhkəmədə bu ittihamı rədd edərək, keçmiş prezident Heydər Əliyevin Bakıdakı heykəlin üzərinə “Qul bayramınız mübarək” şüarı yazdıqlarına görə, həbs edildiklərini bəyan ediblər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG