Keçid linkləri

Təcili xəbərlər
2020, 30 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 06:18

İdxal da azalır, ixrac da


Foto illüstrasiya

2016-nın yanvar-noyabr aylarında Azərbaycanın xarici ticarətinin həcmi 16 milyard 31 milyon 631 min ABŞ dolları olub. Dövlət Gömrük Komitəsinin bildirməsinə görə, bu, keçən ilin analoji dövrünə nisbətdən 20.2 faiz azdır. Komitənin açıqlamasına görə, idxalın həcmi 7 milyard 716 milyon ABŞ dolları olub. Bu da 6 faiz azalma anlamına gəlir.

İxrac isə 8 milyard 314 milyon ABŞ dollarına (30.02 faiz azalma) bərabər olub. Nəticədə illik əsasda 600 milyon dollar yaxın müsbət saldo əmələ gəlib. Aylıq əsasda da, oktyabrdan fərqli olaraq noyabrda müsbət saldo qeydə alınıb - 197 milyon 647 min ABŞ dolları. Nəticədə, oktyabrda ixrac sentyabr ayı ilə müqayisədə 107 milyon 534 min ABŞ dolları azalıb.

İXRACDA ƏSAS NEFTDİR

İxracda əsas yeri xam neft tutur – 70.91 faiz. Bundan başqa, Azərbaycandan kənara satılan mallar arasında təbii qaz – 11.13, neft məhsulları 4.31, meyvə-tərəvəz isə 4.05 faiz yer tutub.

Azərbaycanın aldığı məhsullarda - idxalda isə əsas yeri maşınlar, elektrik aparatları və avadanlıqları tutur - 24.18 faiz. Yeyinti məhsulları idxalda 15.51, qara metallar və onlardan hazırlanan məmulatlar 13.56 faiz təşkil edib.

Xarici ticarətdə müsbət saldo manatın məzənnəsini qorumaq üçün vacib göstəricidir. Yəni, bu o anala gəlir ki, ölkəyə daxil olan valyuta çıxandan çoxdur.

XS
SM
MD
LG