Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 16:45

Qarabağa gedən bloqqer Minskdə saxlandı


Alexandr Lapshyn
Alexandr Lapshyn

Rusiya-İsrail bloqqeri Azərbaycandan icazəsiz Dağlıq Qarabağa getdiyinə görə Minskdə saxlanıb. Milisin onu saxladığını ilk dəfə Aleksandr Lapshynın özü Facebook-da yazmışdı.

Bloqqer Lapshynın saxlanmasını Minskin Pervomaysk rayon milis idarəsindən Azadlıq Radiosunun Belarus Xidmətinə təsdiqləyiblər. Növbətçi milis deyib ki, “onu bu gün gecə saxlayıblar. Araşdırmaq üçün hələlik burda saxlanacaq”.

Azeri.today yazır ki, Lapshyn dəfələrlə Dağlıq Qarabağa səfər edib. Buna görə də hələ 2011-ci ildə Azərbaycan XİN-in“qara siyahısına” salınıb və Azərbaycanın Dövlət sərhəddi qanununu pozduğuna görə, beynəlxalq axtarışa verilib.

Bununla belə, Lapshyn keçən il Gürcüstandan Azərbaycana keçə bilib. Azeri.today yazır ki. buna səbəb - onun Ukrayna pasportu ilə sərhəddi keçməsi, orda isə adının, yəni Aleksandrın Ukraynada olduğu kimi Oleksandr yazılması olub.

Sayt adı çəkilməyən mənbəyə istinadla yazır ki, hazırda Lapshynın Bakıya təhvil verilməsi və onun Azərbaycandaməsuliyyətə cəlb olunması ətrafında Belarus və Azərbaycan danışıqlar aparır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG