Keçid linkləri

Təcili xəbərlər
2021, 28 Yanvar, Cümə axşamı, Bakı vaxtı 16:08

Yeni dövlət katibi yeni strategiya quracaq


Rex Tillerson

«Rex Tillerson böyük diplomatdır və xarici siyasətdə illərdir yol verilən səhvləri düzəldəcək». Bunu yeni seçilmiş ABŞ prezidenti Donald Trump deyib.

Onun «ExxonMobil» şirkətinin icraçı direktoru Rex Tillerson-u dövlət katibi vəzifəsinə seçməsi Konqresdə də narahatlığa səbəb olub. Çoxları R.Tillerson-un Rusiya prezidenti Vladimir Putin-lə yaxınlığından narahatdırlar. D.Trump deyib ki, R.Tillerson dünyanın bir çox lideriylə, ABŞ-la yola getməyənlərlə dədostcasına davranır: «Bəzilərinin onun bu cəhətindən xoşu gəlməyə bilər, amma mən onu elə buna görə seçmişəm».

D.Trump ABŞ-ın yeni yönə ehtiyacı olduğunu vurğulayıb: «Tələsik və tədbirsiz müdaxilələrə atılmaqdansa, uzunmüddətli strategiya yaratmaq lazımdır. Mənim administrasiyam stabillik, inkişaf və sülh strategiyası qurmaq uğrunda çalışacaq, ölkəmizi yenidən quracağıq».

D.Trump R.Tillerson-un dünyanın ən uğurlu iş adamlarından biri olduğunu, məhz ağlı və ciddi səyləri nəticəsində dünyanın ən iri və ən nüfuzlu şirkətlərindən birinin rəhbərinə çevrildiyini deyib, onun karyerasını «Amerika arzusunun təcəssümü» adlandırıb.

XS
SM
MD
LG