Güclü küləyin Lerik rayonunu bütünlükdə, Lənkəran rayonunun isə bir neçə kəndini işıqsız qoyduğu bildirilir.
«Report»un xəbərinə görə, dekabrın 13-dən başlayaraq əsən güclü külək rayonun elektrik təsərrüfatına ciddi ziyan vurub. Elektrik xətlərində yaranan açılmalar səbəbi ilə Lerik rayonunun bütün kəndlərində və mərkəzdə elektrik enerjisinin verilişi dayandırılıb.
Hazırda təmir briqadalarının bərpa işlərinə başladıqları bildirilir.
Xəbərdə qeyd edilir ki, Lənkəran-Hamarat-Lerik xəttində açılmalar olduğundan Lənkəranın rayonunun da bir neçə kəndində elektrik enerjisi kəsilib.
Rayon ərazisində küləyin davam etdiyi bildirilir.