Keçid linkləri

Təcili xəbərlər
2020, 27 Sentyabr, bazar, Bakı vaxtı 23:09

Yol polisindən qar xəbərdarlığı


Bakıya qar yağıb.

Dekabrın 14 və 15-də ölkə ərazisində hava şəraitinin kəskin dəyişəcəyi gözlənilir. Yol polisi havaların kəskin dəyişəcəyini nəzərə alaraq sürücülərə müraciət edib.

Baş Dövlət Yol Polisi İdarəsinin məlumatında qarlı və şaxtalı havada sürücülərə son dərəcə diqqətli olmaları tövsiyə olunur.

Buna da bax:​ Çovğun gözlənilir

Yol polisi sürücülərə xüsusi qış təkərlərindən istifadə etməyi, işıq faralarını uyğun hala gətirməyi, avtomobillərində zəncir, dartı kəndiri və başqa lazımi avadanlıqların olmasını təmin etməyi məsləhət görüb.

Dekabrın 14-ü axşam saatlarından etibarən temperaturun 7-10 dərəcə aşağı düşəcəyi, şimal, şərq rayonlarında qar yağacağı, bəzi yolların buz bağlayacağı bildirilir.

XS
SM
MD
LG