Keçid linkləri

Təcili xəbərlər
2021, 28 Yanvar, Cümə axşamı, Bakı vaxtı 05:47

'Əli və Nino'nun yorulmaz əcnəbi araşdırıcısı tələbələrlə görüşdü


“Əli və Nino”nun araşdırıcısı, Betty Blair

“Əli və Nino”nun yorulmaz araşdırıcısı tələbələrə oxuduqları universitetin 1 km-də yerləşən binaların tarixindən də danışdı.

Dekabrın 13-də “Azerbaijan International” jurnalının baş redaktoru Betti Blair Qərb Universitetinin filologiya fakültəsinin tələbələriylə görüşüb.

B. Blair uzun illərdir həyat və yaradıcılığını araşdırdığı yazıçı Yusif Vəzir Çəmənzəminli barədə tələbələrə maraqlı bilgilər verib.

Ən önəmlisi, tələbələrə təhsil aldıqları ali məktəbin 1 km-də yerləşən binaların tarixindən söz açıb.

Buna da bax:​ 'Başımı qoymağa hazıram ki, həmin pul yerli rejissorlara verilsəydi...'

Vaxtilə Musa Nağıyevin inşa etdirdiyi İsmailiyə binası (indi AMEA Rəyasət Heyəti yerləşir), hazırda Bakı İqtisad Universitetinin əsas korpusu sayılan, vaxtilə 1 Bakı Real Məktəbinin binası, eləcə də, Hacı Zeynalabdin Tağıyevin tikdirdiyi Qız Məktəbinin binası (AMEA Əlyazmalar İnstitutu) tarixi slaydlar vasitəsilə nümayiş etdirilib.

Yusif Vəzir Çəmənzəminlinin tələbəykən kirayə qaldığı “Bəy hamamı”nın yaxınlığındakı mənzil, mühacirətdən qayıtdıqdan sonra yaşadığı Şeyx Şamil küçəsindəki (keçmiş Bünyad Sərdarov) üçmərtəbəli evlə bağlı xatirələr də xanım Betty-nin təqdimatında maraqla qarşılanıb.

Buna da bax: 'Əli və Nino' filmini tənqid edirlər: Reklam çarxına oxşayır

Sonda Betty Blair tələbələrə Yusif Vəzir Çəmənzəminlinin gələn il qeyd olunacaq 130 illiyi ilə bağlı həyata keçirəcəyi layihədən söz açıb.

Görüş barədə daha geniş bilgi tezliklə AzadlıqRadiosu-nun ”İz” proqramında səslənəcək.

XS
SM
MD
LG