Keçid linkləri

Təcili xəbərlər
2020, 22 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 15:32

Məhbus ölüb


Həbsxana (arxiv fotosu)

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 6 saylı Cəzaçəkmə Müəssisəsində bir məhbusun öldüyü bildirilir.

Bu haqda APA xəbər verir.

Xəbərdə bildirilir ki, müəssisədə cəza çəkən məhkum, 49 yaşlı Əlişah Əliş oğlu Məlikov qəfildən vəfat edib. Ölümün səbəblərinin müəyyən etməkdən ötrü ekspertiza təyin olunub.

Buna da bax:​ Məhbusun qəfil yerdəyişməsi və müəmmalı ölümü...

Faktla bağlı araşdırma aparılır. Mərhumun nəyə görə, həbs edildiyi və nə qədər cəza aldığı açıqlanmır.

Penitensiar Xidmət ölümün səbəbi haqda açıqlama verməyib.

Son zamanlarda məhkumlar arasında ölüm hallarının artdığı bildirilir. Təkcə bu ay Penitensiar Xidmətin müalicə müəssisəsində 5 məhkumun öldüyü bildirilir.

Buna da bax: Qəzetlər həbsxanalardakı vəziyyətdən həyəcan dolu yazılar verir

Ötən gün, dekabrın 12-si Penitensiar Xidmətin rəis müavini Hüseyn Əlixanov da məhbus ölümləri ilə bağlı açıqlama vermişdi.

Ancaq O, jurnalistlərə demişdi ki, “ölüm faktları cəzaçəkmə müəssisələrində daha azdır, nəinki azadlıqda”.

Multimedia

XS
SM
MD
LG