Keçid linkləri

Təcili xəbərlər
2020, 20 Sentyabr, bazar, Bakı vaxtı 18:28

PKK-nı təbliğdə günahlandırılan 235 nəfər tutulub


PKK tərəfdarları

Türkiyədə PKK-nın təbliğində və PKK-nın mənafeyinə xidmətdə günahlandırılan 235 nəfəri həbs ediblər. Bu barədə Türkiyənin Daxili İşlər Nazirliyi məlumat yayıb. Məlumata görə, dünən--dekabrın 12-də ölkənin 11 əyalətində əməliyyat aparılıb. Tutulanlar arasında kürdlərin Xalq Demokratik Partiyasının (HDP)üzvləri də var.

Bu əməliyyatlara səbəb keçən şənbə İstanbulda baş verən partlayışlardır. Hadisə nəticəsində 44 nəfər ölüb, 160-dan çox yaralı var. Partlayışa görə məsuliyyəti Kürdüstanın Azadlıq Qırğıları (TAK) üzərinə götürüb. TAK həm Türkiyə, həm də ABŞ və Avropada terrorçu təşkilat kimi tanınan Kürd Fəhlə Partiyasının (PKK) qanadıdır.

Təşkilatın bəyanatından bir neçə saat sonra Türkiyənin hərbi təyyarələri İraqın şimalındakı PKK bazalarını bombalayıblar.

XS
SM
MD
LG