Keçid linkləri

Təcili xəbərlər
2020, 25 Sentyabr, Cümə, Bakı vaxtı 04:15

Tarif Şurasında dərman müzakirəsi


Bakıda aptek.

Azərbaycanda Amerika Ticarət Palatasının (“AmCham”) nümayəndələri dekabrın 12-də Tarif Şurasında dərman vasitələri bazarının tənzimlənməsi sahəsində həyata keçirilən tədbirləri müzakirə ediblər.

Məlumatı Tarif Şurası yayıb.

Görüşdə bu sahədə həyata keçirilən tədbirlərin dərman vasitələri bazarında istehlakçıların hüquqlarının daha etibarlı müdafiəsinə imkan yaratdığının qeyd olunduğu bildirilir.

Buna da bax:​ AmCham: ‘Qeyri-neft sektoruna vergi güzəşti edilməlidir’

Tarif Şurası nümayəndələri AmCham təmsilçilərinin suallarını da cavablayıblar.

Əməkdaşlığın bundan sonra da davam etdirilməsi razılaşdırılıb.

1996-cı ildə yaradılmış AmCham 280-dən çox üzvdən və Azərbaycan iqtisadiyyatının hər bir sektorunda fəal tərəfdaşlardan ibarətdir.

Palata Azərbaycanda xarici investisiyaların 80 faizini, eləcə də yerli investisiyalarının əhəmiyyətli hissəsini təmsil edir.

Buna da bax: Tarif Şurası dərmanların da qiymətini artırıb

Tarif Şurası noyabrın 28-də enerji daşıyıcılarının və bəzi dərmanların qiymətini artırıb.

Bundan əvvəl isə Şura müəyyən vaxt kəsiyində bir çox dərmanların qiymətlərini yenidən tənzimlədiyini açıqlamışdı. Şura bununla bəzi dərmanların qiymətlərinin endirildiyini bəyan edirdi. Ancaq bəzi müstəqil ekspertlər isə bundan sonra apteklərdə bəzi dərmanların tapılmadığını, bəzilərinin isə əksinə qiymətlərinin artdığını söyləyirdilər.

Buna da bax:

"AMCHAM" həlli vacib problemlərə çözüm variantları da təklif edir
Gözlə

No media source currently available

0:00 0:02:57 0:00

Multimedia

XS
SM
MD
LG