Keçid linkləri

Təcili xəbərlər
2021, 13 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 18:06

Ermənistanın pilotsuz uçuş aparatı vurulub


Foto illüstrasiya

Dekabrın 12-si cəbhə bölgəsində Ermənistan Silahlı Qüvvələrinə məxsus pilotsuz uçuş aparatının vurulduğu bildirilir.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

«Cəbhənin Füzuli rayonu istiqamətində ordumuzun mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan Silahlı Qüvvələrinə məxsus pilotsuz uçuş aparatı (PUA) vaxtında aşkar olunaraq atəşlə məhv edilib»,-deyə məlumatda qeyd edilir.

Bu il aprelin 2-dən 5-nə kimi Qarabağ cəbhəsində baş verən hərbi əməliyyatlarda hər iki tərəf onlarla itki verib. Tərəflər bir-birlərinə ağır texnika və pilotsuz uçuş aparatları sarıdan da itkilər verdiklərini açıqlayıblar.

Bundan sonra ATƏT-in Minsk qrupu Azərbaycan və Ermənistan rəhbərliyinin görüşünü təşkil edib. Bu il mayın 16-da Vyanada keçirilən görüşdən sonra cəbhədə böyük hərbi əməliyyatlar dayanıb. Ancaq yenə tərəflər bir-birini atəşkəs pozuntusunda ittiham edir. Üstəlik, ara-sıra cəbhədə iriçaplı silahların da işə düşdüyü bildirilir.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayon işğal edilib.

XS
SM
MD
LG