Keçid linkləri

Təcili xəbərlər
2021, 27 Fevral, şənbə, Bakı vaxtı 07:30

Xəzərlə bağlı yeni danışıqlar gözlənir


Xələf Xələfov

«Xəzər dənizinin hüquqi statusu ilə bağlı danışıqlar davam etdirilir. Növbəti görüşün Aşqabadda keçirilməsi planlaşdırılır».

Bunu Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.

O bildirib ki, görüşün 2017-ci il yanvarın əvvəlində keçirilməsi nəzərdə tutulub: «Görüşdə əsasən Xəzər sammitinin keçirilməsi və ona hazırlıq işləri müzakirə olunacaq. Belə bir plan da var ki, müvafiq İşçi Qrup nazirlərin görüş keçirməsi təşəbbüsü ilə də çıxış etsin. Xəzərin növbəti sammitinin vaxtı ilə bağlı dəqiq nəsə demək çətindir».

X.Xələfov deyib ki, nazirlərin görüşü Qazaxıstanda, İşçi Qrupun toplantısı isə Aşqabadda keçirilməlidir.

O, Azərbaycanla Türkmənistan arasındakı Xəzərin statusu ilə bağlı fikir ayrılıqlarına da münasibət bildirib: «Danışıqlar davam etdirilir. Ara-sıra məsləhətləşmələr aparılır. Bəzi fikir ayrılıqları qalmaqdadır».

Xəzər dənizinin hüquqi statusu ilə bağlı danışıqlar 20 ilə yaxınıdır ki, davam edir. Azərbaycan, Rusiya və Qazaxıstan arasında ciddi fikir ayrılıqları yoxdur. Amma İran və Türkmənistan Xəzərin 5 sahilyanı ölkə arasında 20 faiz olmaqla bölünməsi mövqeyindən çıxış edir.

Azərbaycanla Türkmənistan arasında Xəzərdəki bəzi yataqlarla bağlı mübahisələr var.

XS
SM
MD
LG