Keçid linkləri

Təcili xəbərlər
2021, 23 İyun, çərşənbə, Bakı vaxtı 01:39

'500 nəfər DTX-dən qovulub' - M.Quliyev


Mədət Quliyev

«İl ərzində 500-dən artıq əməkdaş xidmətdən xaric olunub».

APA-nın xəbərinə görə, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-leytenant Mədət Quliyev deyib. Onun bildirməsinə görə, xidmətdən xaric olunan işçilərdən 20 nəfərdən çoxu barəsində cinayət işi başlanıb: «Bu, təbii prosesdir. Çünki xidmətdə təmizləmə prosesi aparılır».

2015-ci ilin oktyabrında milli təhlükəsizlik naziri Eldar Mahmudov vəzifədən kənarlaşdırılıb. Bundan sonra nazirliyin 20 yüksəkçinli əməkdaşı həbs edilib. Ötən ilin sonlarında nazirlik ləğv edilib. Onun bazasında iki qurum - Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti yaradılıb.

«Report»un xəbərinə görə, Mədət Quliyev xarici valyutanın «qara bazar»a çıxarılması ilə mübarizədən də danışıb.

«Bununla bağlı cinayət işi qaldırılıb, bu istiqamətdə işlər davam etdirilir. Müəyyən adamlar saxlanılıb, müəyyən adamların isə adları keçir. Bu istiqamətdə bundan sonra da qətiyyətli addımlar atılacaq», - M.Quliyev əlavə edib.

XS
SM
MD
LG