Keçid linkləri

Təcili xəbərlər
2020, 18 Sentyabr, Cümə, Bakı vaxtı 12:29

E.Rüstəmov tam üzən məzənnədən danışdı


Elman Rüstəmov

«Biz bu ilin əvvəlindən artıq üzən məzənnə rejimində çalışırıq. Bunu təsdiq edən fakt odur ki, artıq Mərkəzi Bank fevral ayından bazarda öz valyutasını satmır».

APA-nın məlumatına görə, bunu Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin (AMB) sədri Elman Rüstəmov bildirib.

E.Rüstəmov qeyd edib ki, bu gün bazarda tələb təklifi üstələyir: «Buna görə, tam üzən məzənnəyə keçid ciddi hazırlıq tələb edir. Biz bu plana uyğun olaraq işləyirik. Bizim əsas məqsədimiz makroiqtisadi sabitliyə nail olmaqdır».

Azərbaycanın Strateji Yol Xəritəsində 2017-ci ildən tam üzən məzənnə sisteminə keçiləcəyi bildirilir.

Multimedia

XS
SM
MD
LG