Keçid linkləri

Təcili xəbərlər
2020, 25 Sentyabr, Cümə, Bakı vaxtı 02:00

Seçkinin qalibi olmadı


Seçkilər

Makedoniyada parlament seçkilərinin iki qalibi var-- hakim partiya rəqibini cəmi bir neçə səslə qabaqlayır. Ölkənin Mərkəzi Seçki Komissiyasından verilən məlumata görə, səslərin 98%-i artıq sayılıb. Rəqəmlər hakim VMRO-DPMNE partiyasının 37.96%, müxalifətdə olan sosial demokratlarınsa SDSM) 36.65% səs topladığını göstərib.

Hər iki partiyanın liderləri qələbə qazandıqlarını elan ediblər.

Nəticələrin bu qədər yaxın olması rəqiblərdən heç birinin parlamentdə üstünlüyü ələ keçirə bilməyəcəyindən xəbər verir. Bu isə diqqəti seçkiyə qatılan etnik albanların partiyalarının nəticələrinə yönəldir. Koalisiyanın müttəfiqinin kimliyini onlar müəyyən edəcək.

Makedoniyada parlament seçkilərinin son nəticələri bu gün—dekabrın 12-si elan olunmalıdır.

XS
SM
MD
LG