Keçid linkləri

Təcili xəbərlər
2021, 23 Aprel, Cümə, Bakı vaxtı 10:22

Dünya Bankından 400 milyon borc istənilir


Dünya bankının loqosu.

Dekabrın 20-də Dünya Bankının Direktorlar Şurası Trans-Anadolu Kəməri (TANAP) layihəsinin icrasına kreditin ayrılması məsələsinə baxmaq məqsədi ilə toplanacaq.

Ayrılacaq vəsaitin 400 milyon dollar həcmində olacağı gözlənilir. Report-un xəbərinə görə, borcu Azərbaycan hökumətinin zəmanəti ilə “Cənub Qaz Dəhlizi” Qapalı Səhmdar Cəmiyyəti alacaq.

Buna da bax:​ 'Cənub Qaz Dəhlizi'nə maliyyə axtarışı

Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TANAP-da SOCAR 58 faiz paya sahibdir. TANAP-da BP (12 faiz) və BOTAŞ-ın da (30 faiz) payı var.

Bu həftənin əvvəlində Azərbaycan “Cənub Qaz Dəhlizi”nə görə, 1 milyard dollar da borc almışdı.

Asiya İnkişaf Bankı “Şahdəniz 2” layihəsinin genişləndirilməsi məqsədilə kredit ayırmışdı. Kreditin ümumi məbləği 1 milyard dollar idi.

Buna da bax: Azərbaycan TAP-a ABŞ-dan dəstək gözləyir

Cənub Qaz Dəhlizi layihəsi “Şahdəniz” qazının Avropaya nəqlini nəzərdə tutur. Hələ, bu ilin əvvəlində SOCAR rəsmiləri bildirmişdilər ki, Azərbaycana bu layihə üzrə öhdəliklərini tam yerinə yetirməkdən ötrü əlavə 7 milyard dollara yaxın vəsait lazımdır.

Ancaq müxalifət və müstəqil ekspertlər Azərbaycanın xarici borcun artmasından narahatlıqlarını ifadə ediblər.

Buna da bax:​ Dünya Bankı dəstəyə hazırdır

Hələ, sonuncu kreditlər alınmazdan əvvəl, 2016-cı il oktyabrın 1-nə Azərbaycanın xarici dövlət borcu 7 mlrd. 650,7 mln. (12 mlrd. 402,6 mln. manat) təşkil edib.

XS
SM
MD
LG