Keçid linkləri

Təcili xəbərlər
2020, 27 Sentyabr, bazar, Bakı vaxtı 19:53

Johnny Depp Forbes dərgisinin builki "uğursuzları" siyahısında ilk yerdədir


Hollivud aktyoru Johnny Depp.

Johnn Depp Forbes dərgisinin builki hesablamasına görə ən çox uğursuzluğa düçar olan aktyoru sırasında ilk yerə çıxıb.

53 yaşlı Oscar mükafatı lauriatı Johnny Deep bu il böyük büdcəli filmdə baş rol alır. Bu dəfə onu 2016-cı ildə yeni çəkilən "Alisa Möcüzələr diyarında, güzgünün içində" filmində görə biləcəyik. Yeni filmiylə bərabər Johnny Depp həm də arvadı Amber Hearda qarşı məişət zorakılığına görə də mətbuatın gündəminə gəlib. Arvadı boşanmaq əvəzində ondan 7 milyon dollar pul tələb edib.

Buna da bax: "Forbes"ə görə ilin ən çox qazanan aktyorları

J. Depp keçən il çəkildiyi "Qara kütlə" filmi ilə Disney kinokompaniyasına cəmi 77 milyon dollar qazandırmışdı. Ondan öncəki illərdə çəkildiyi filmər də bu cür uğursuz olmuşdu. Son üç ildə onun çəkildiyi filmərə xərclənən hər 1 milyonun cəmi ortalama 2,8 milyon gəlir gətirib.

Forbesin "uğursuzlar" siyahısında növbəti aktyor isə Will Smith-dir. Onun son illər oynadığı filmlərə xərclənən hər 1 milyon 5 milyon gəlir gətirib.

Siyahıda yaxın illərin ən uğurlu aktyoru isə Bradley Cooper-dir onun filmlərinə xərclənən hər 1 milyon dollar 12,1 milyon dollar gəlir gətirib.

XS
SM
MD
LG