Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 19:03

-

“Forbes” dərgisi 2016-cı ildə dünyaca ən çox qazanan aktyorların siyahısını elan edib. Dərginin versiyasına görə birinci yerdə “Qaya” ləqəbli Dwayne Johnson gəlir. O bu ildə 64,5 milyon dollar qazanıb. Bu onun keçən il qazandığından iki dəfə çoxdur. Bu il o “Yarım casus” və 2017-ci ildə ekrana çıxacaq “Forsaj 8” filmlərində oynayıb. O 2012-ci ildə Forbesə verdiyi bir müsahibəsində qazancının çoxluğunu belə izah edir: “Mən bu dünyada adam döyməyi hamıdan yaxşı bacarıram və təbəssümüm hamınınkından ürəyəyatımlıdır”.

Aktyor Jackie Chan.

Aktyor Jackie Chan.

İkinci yerdə bu il bir neçə Honkonq və Çin filmlərində oynamış, döyüş filmlərinin qəhrəmanı Jackie Chan-dır. Onun qazancı 61 milyon dollara çatıb. Üçüncü yerdə isə “Marslı” filmində uğuruna görə keçən illə müqaisədə gəlirini 120 faiz artırıb 55 milyon dollara çatdırmış Matt Damon dayanır.

Onluqda həmçinin Tom Cruise (53 milyon dollar), Johnny Depp (48 milyon dollar), Ben Afflect (43 milyon dollar), Vin Diesel (35 milyon dollar) də var. Bu ilki onluğa Hollywoodan başqa Bollywood aktyorları Shahrukh Khan (33 milyon dollar) və Akshay Kumar (31,5 milyon dollar) da var.

Günün bütün mövzuları

XS
SM
MD
LG