Keçid linkləri

Təcili xəbərlər
2020, 30 Sentyabr, çərşənbə, Bakı vaxtı 22:16

Clinton saxta təbliğata qarşı mübarizəyə çağırır


Hillary Clinton

Keçmiş dövlət katibi Hillary Clinton seçkini uduzandan bəri ikinci dəfə kütlə qarşısında çıxış edib. H.Clinton dekabrın 8-də Vaşinqtonda danışıb. Bu dəfə o saxta informasiyanın təhlükəli olduğunu söyləyərək, məsuliyyətli şəxsləri bu cür informasiyaların yayılmasının qarşısını almağa çağırıb.

«Biz demokratiya uğrunda ayağa qalxmalıyıq», - deyən H.Clinton sosial medianı bürüyən saxta təbliğatın nəticələrinin göz qabağında olduğunu söyləyib: «Söhbət siyasətdən və ya siyasi rəğbətdən getmir. İnsanların həyatı təhlükə altında qalır. Həm ictimai, həm də özəl sektor liderlərinin günahsız insanları və demokratiyamızı qorumaqdan ötrü addım atması indi olduqca zəruridir».

Qərb mətbuatı H.Clinton-un özünün saxta təbliğat qurbanı olduğunu, seçkini buna görə uduzduğunu yazsa da, o, bu barədə açıq danışmayıb.

XS
SM
MD
LG