Keçid linkləri

Təcili xəbərlər
2020, 07 Avqust, Cümə, Bakı vaxtı 22:02

Fransanın yeni Daxili İşlər naziri Azərbaycanın "qara siyahısında"


Bruno Le Roux

Fransanın yeni daxili işlər naziri Azərbaycana səfər edərsə ölkəyə buraxılmaya bilər. Bruno Le Roux Azərbaycan Xarici İşlər Nazirliyinin “arzuolunmaz şəxslər” siyahısındadır.

“Arzuolunmaz şəxslər” siyahısında 91-ci olan Bruno Le Roux -un adının qarşında siyahıda belə yazılıb: “Fransa Milli Assambleyasının üzvü, 6 dekabr 2016-cı il tarixindən etibarən Fransanın daxili işlər naziridir”.

Bruno Le Roux Fransa parlamentinin üzvü statusunda 2015-ci ilin sentyabrında Azərbaycanın ermənilərin nəzarətində olan ərazilərinə Azərbaycan hökumətinin razılığı olmadan səfər edib.

İndi Bruno Le Roux nazir təyin olundu, onu Azərbaycana buraxacaqlarmı?

Ümumiyyətlə, Azərbaycanın Xarici İşlər Nazirliyinin “arzuolunmaz şəxslər” siyahısında uzaq Kanada və ya Avstraliyadan tutmuş, yaxın Gürcüstan və Rusiyaya qədər müxtəlif peşə sahiblərinin, siyasətçilərin, məşhur “Le Monde”, “New York Times” kimi və digər KİV nümayəndələrinin, musiqiçilərin, blogerlərin, incəsənət xadimlərinin adları var. ​

Siyahida olanlardan kimsə nazir seçilsə, Bruno Le Roux kimi, onda onun Azərbaycana gəlişi problemi necə həll olunur? Yoxsa bunun dəxli yoxdur?

Bir də ki, o siyahının Azərbaycana bir əməli faydası olubmu?

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Turan-a bildirib ki, Azərbaycan Respublikasının qanunları, ərazi bütövlüyü və suverenliyini pozaraq işğal olunmuş ərazilərə qeyri-qanuni səfər edən hər bir əcnəbi vətəndaş tutduğu vəzifə mövqeyindən və kimliyindən asılı olmayaraq “arzuolunmaz şəxslər” siyahısına daxil edilir.

“Qanun qanundur və hamıya da eyni cür şamil olunur”, - o qeyd edib.

Hazırda ermənilərin nəzarətində olan Azərbaycan ərazilərinə Azərbaycan hökumətinin razılığı olmadan səfər etmiş 623 nəfər “arzuolunmaz şəxslər” siyahısına daxil edilib.

Amma bu siyahıya adları salınmış şəxslərə qarşı istisnalar da olur. Belə ki, “arzuolunmaz şəxslər”dən bəzisi Azərbaycan Xarici İşlər Nazirliyinə üzrxahlıq məktubu yazaraq səhv etdiklərini etiraf etdikdən sonra adları siyahıdan çıxarılıb. Bu günlərdə Rusiya vətəndaşı Soso Pavliaşvili üzrxahlıq məktubu yazdıqdan sonra hətta Azərbaycanın birinci sarayında konsert proqramı ilə çıxış edib.

Politoloq və beynəlxalq hüquqşünas Fərhad Mehdiyev deyir ki, hər hansı bir ölkənin naziri başqa bir ölkəyə səfər edərkən onun səfəri diplomatik qaydalara uyğun olaraq həmin ölkə rəsmiləri ilə razılaşdırılmalıdır.

Onun sözlərinə görə, nazirin toxunulmazlığı olsa da bu onun hər hansı bir ölkəyə icazə almadan getmək hüququnu tanımır.

Fərhad Mehdiyevin fikrincə, Fransanın yeni daxili işlər nazirinin adı bundan sonra Azərbaycanın Xarici İşlər Nazirliyinin “arzuolunmaz şəxslər” siyahısından çıxarılacaq.

Fərhad Mehdiyev: "Bruno Le Roux siyahıdan çıxarılacaq"
Gözlə

No media source currently available

0:00 0:01:34 0:00
Direct-ə keçid

Konfliktoloq Əvəz Həsənovun sözlərinə görə, Fransanın daxili işlər nazirinin Azərbaycan Xarici İşlər Nazirliyinin “arzuolunmaz şəxslər” siyahısından çıxması 2x2 kimi aydındır. Konfliktoloq deyir ki, bu siyahının müəyyən effekti də var.

Əvəz Həsənov: "2X2..."
Gözlə

No media source currently available

0:00 0:02:29 0:00
Direct-ə keçid

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, deputat Elman Nəsirovun sözlərinə görə, kiminsə adının bu siyahıya düşməsi əsaslandırılmış bir qərardır.

Deputat bildirir ki, Azərbaycanın işğal olunmuş ərazilərinə səfər edən şəxsin statusundan, mövqeyindən asılı olmayaraq bu tələblər hər bir kəsə şamil olunur.

Elman Nəsirov deyir ki, bu istər Fransanın daxili işlər naziri olsun, istərsə də başqa bir dövlətin rəsmisi, fərq etmir, bu dövlətin siyasətidir. Deputat onu da qeyd edir ki, bu tələblər həm də öz müsbət nəticələrini verir.

Deputat Elman Nəsirov:"kim olur-olsun...."
Gözlə

No media source currently available

0:00 0:02:17 0:00
Direct-ə keçid

XS
SM
MD
LG