Keçid linkləri

Təcili xəbərlər
2020, 21 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 04:02

Deputat: 'Korrupsiya pulları büdcəyə qaytarılsın'


İlham Əliyev

İqtisadi islahatlar, bankların maliyyə durumu, böhran və ölkənin yaxın gələcəyi ilə bağlı fərqli baxışlar bu gün medianın aparıcı mövzusudur...

İQTİSADİ İSLAHATLAR İLİ -2016

«Azərbaycan» qəzetində «İlham Əliyevin yeni iqtisadi islahatlar konsepsiyası» sərlövhəli məqalə dərc edilib.

Müəllifə görə, 2016-cı il tarixə dəyişikliklər, inqilabi islahatlar dövrü kimi həkk ediləcək. Onun fikrincə, bu il ölkədə dövlət başçısı İlham Əliyevin müəllifliyi ilə müxtəlif islahatlar həyata keçirilib.

Məqalədə qeyd edilir ki, Azərbaycan iqtisadiyyatı uzun müddət özünü qlobal böhranın fəsadlarından qoruyub. Azərbaycanda zərərli meyllərin

digər ölkələrdəki kimi dağıdıcı təsir göstərməsinə imkan verilməyib: «Amma neftin qiymətlərinin 3 dəfə enməsi, ticari-tərəfdaş ölkələrdə iqtisadi tənəzzül yaşanması Azərbaycanın gəlirlərinə ciddi təsir göstərib. Bu məqam isə iqtisadi islahatları şərtləndirib».

Müəllifə görə, həyata keçirilən islahatların ilkin uğurları müşahidə edilir və daha mühüm nəticələrin qazanılacağına təminat verir.

Məqalədə bu islahatların həyata keçirilməsindən ötrü idarəçilik, qanunvericilik müstəvisində görülən tədbirlərdən söz açılır və milli iqtisadiyyatın əsas sektorları üzrə artıq təsdiqlənən strateji yol xəritələrinin üzərində dayanılır.

Müəllifə görə, inkişafın Azərbaycan modeli keyfiyyətcə yeni mərhələyə qədəm qoyur və qeyri-neft sektorunun inkişafı bu mərhələnin əsas prioritetidir.

Milli Məclis
Milli Məclis

İQTİSADİ BÖHRANIN ETİRAFI

Azadliq.info-da dərc edilən «Biz demirik, siz deyirsiniz» sərlövhəli məqalədə ölkədə iqtisadi vəziyyət fərqli aspektdən dəyərləndirilir .Müəllif vəziyyəti təhlil edərkən, əsasən parlamentdə səslənən fikirlərdən istifadə edir.

Yazıda qeyd edilir ki, həqiqətlərin üzə çıxmasında zaman yenə də ən böyük hakimdir: «Biz illərdir ki, ölkənin bu vəziyyətə düşəcəyindən yazırıq, hökuməti silkələyərik, reallıqları göstəririk, yürüdülən siyasətin yanlış olduğunu deyirik. Amma hər dəfə rejim təmsilçiləri müxalifəti qərəzli olmaqda, erməni lobbisinə xidmət etməkdə, inkişafı gözü götürməməkdə ittiham edib».

Yazıda deputatlardan Yevda Abramovun, Siyavuş Novruzovun, Rafael Cəbrayılovun, Bahar Muradovanın və Qüdrət Həsənquliyevin ölkədə iqtisadi durumun ağır olması ilə bağlı fikirləri nəzərə çatdırılır. Elə bu tənqidlər müstəvisində müəllif ümumi dəyərləndirmə aparır: «Bu siyahını uzatmaq da olar. Amma mənzərəni təsvir etmək üçün bir neçə nümunə kifayətdir. Göründüyü kimi, dünənə qədər müxalifəti xəyanətdə ittiham edənlər bu gün özləri ağır vəziyyəti etiraf edirlər. Necə olur ki, bu reallıqları müxalifət dilə gətirəndə düşmən olur, amma deputat səsləndirəndə təbii qarşılanır?».

Müəllif böhranın ölkəyə təsir etməyəcəyi barədə rəsmi bəyanatları xatırladaraq, hökumətə sual ünvanlayır: «Axı, deyirdiniz ki, yoxsulluğun səviyyəsi aşağı enib? Yoxsulluq səviyyəsi 5 faizə enibsə, 62 faiz aztəminatlı ailə haradan peyda oldu?».

Oqtay Haqverdiyev
Oqtay Haqverdiyev

BANKLAR NƏ VAXTA QƏDƏR MƏHDUDİYYƏTLƏ İŞLƏYƏCƏKLƏR?

«Exo» qəzetində «Azərbaycan bankları valyuta satışını uzun müddətə məhdudlaşdıra bilməzlər» sərlövhəli məqalədə ölkənin maliyyə durumu ekspert Oqtay Haqverdiyevlə müzakirə edilir.

«Ölkə ciddi iqtisadi böhran yaşayır. Mərkəzi Bankın manatın məzənnəsini saxlamağa cəhd göstərməsi valyuta ehtiyatlarına mənfi təsir edir. Mərkəzi Bankın ehtiyatlarının 5.5 milyon dollar yüksəlməsi olduqca aşağı göstəricidir, bu situasiyanın yaxşılaşması sayılmaz»,-deyə ekspert qeyd edib.

O.Haqverdiyev deyib ki, hər şey neft bazarından, hökumətin səhvsiz maliyyə siyasətindən asılı olacaq.

Ekspertə görə, indi birmənalı olaraq aydındır ki, qarşıdakı ildə maliyyə bazarını dövlət süni şəkildə idarə edəcək.

O.Haqverdiyev vurğulayıb ki, son illər asan keçməyib, ölkə çox pul xərcləsə də, az pul əldə edib: «İstər iqtisadiyyat, istərsə də kommersiya bankları, əhali dollara böyük ehtiyac hiss edir».

O.Haqverdiyev hesab edir ki, banklar valyuta ehtiyatını uzun müddətə məhdudlaşdıra və ya satışını dayandıra bilməzlər. Bu, həm ölkə iqtisadiyyatına, həm də əhalinin vəziyyətinə mənfi təsirlər göstərə bilər.

Əli Məsimli
Əli Məsimli

DEPUTATDAN SUALLAR...

«Bizim Yol» qəzetində dərc edilən «Bu təxribatdır, yoxsa saymazlıq?» sərlövhəli məqalədə deputat Əli Məsimlinin hökumətə ünvanladığı suallara yer verilib.

Yazıda qeyd edilir ki, Ə.Məsimli hökumətə ölkədəki böhran, yeni devalvasiya, xarici valyutada olan kreditlərə güzəşt edilməsi, məmur özbaşınalığına son qoyulması və vergi yükünün azaldılması haqda suallar verib: «Prezidentin fərmanlarına baxılsın. Prezident 2 ay, yaxud 3 ay aidiyyəti orqanlara zaman verib. Prezident 2 ay vaxt verəndə dəqiq bilir ki, bu işi 1 aya, 3 ay vaxt verəndə isə dəqiq bilir ki, 2 aya görmək olar. Niyə onu 6-7 aya əmələ gətirmək olmur? Bu təxribatdır, səriştəsizlikdir, yoxsa saymazlıqdır?».

Deputat hökumət üzvlərinin iş adamlarını sıxışdırmaqda davam etdiyini söyləyib: «Amma burda oturan aidiyyəti orqanların rəhbərləri hansısa sahibkar yeni işə başlayan kimi tələb irəli sürülər: «Biz heç nə bilmirik, bizim payımızı verin!»».

Ə.Məsimli Dövlət Neft Fondunun vəsaitlərinə də diqqət çəkib: «Əgər bu il 3 faizə qədər enmə olacaqsa, gələn il həmən hiss olunacaq, yəni, büdcəyə artım vasitəsilə vəsait daxil ola bilməyəcək. O zaman nədən istifadə etmək lazımdır? Ölkə daxilindəki və xaricindəki mövcud resursların yenidən bölgüsü olmalıdır. Bütün dünya praktikasında ən yaxşı üsullarında biri korrupsiyaya ilə mübarizənin gücləndirilməsi və korrupsiya pullarının yenidən büdcəyə qaytarılmasıdır».

XS
SM
MD
LG