Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:19

Cəmi üç ay məktəbə getmiş Thomas Edison təhsil sistemini zərərli hesab edirdi


Thomas Alva Edison.
Thomas Alva Edison.

Dünyaca məşhur fizik və ixtiraçı Thomas Alva Edison ilk ixtirasını 21 yaşında patentləşdirib. Ömrünün sonuna yaxın onun təkcə ABŞ-da 1093 ixtirasına patent verilmişdi, elə bir o qədər ixtirası da Avropada vardı. Əksər dahilər kimi Edison da məktəbdə digər həmyaşıdlarından geri qalan, uğursuz bir şagird olub.

Buna da bax: Uşağı kreativ etmək üçün 25 məsləhət

Edisonun həyatı boyu təhsili ibtidai sinifdə oxuyarkən cəmi 3 aylıq olub, budan sonra anası onu məktəbdən çıxarmaq məcburiyyətində qalır. Müəllimi Edisonun anasına yazdığı məktubda, oğlunun əqli geriliyinin və qavrama probleminin olduğunu yazırdı. O əqli göstəricilərinə görə sinifdəki altı uşaqdan ən geridə qalırdı, bundan başqa gələcək ixtiraçı 4-5 yaşlarında ancaq danışmağa başlayıb. Edison özü bu haqda gündəliyində yazırdı: “Mən uşaqlıqda məktəbə getmədiyim üçün ixtiraçı ola bildim. Yadımdadır məktəbdə heç nədən baş çıxara bilmirdim, həmişə sinifin geridə qalanı olurdum. Hiss edirdim ki, müəllimlərimin məndən xoşu gəlmir, atam da müəllimlərimlə eyni fikirdəydi, düşünürdü ki, mən əqli cəhətdən geridə qalmışam”. O bir növ məktəbin uşaqların zəka imkanlarını korlaması iddialarını təsdiqləmiş adam idi. Məktəbdəki uğursuzluqlarından sonra Edison anasının dəstəyilə evdə təhsilə başlayır, anası ona ilk dəfə Şeksprin kitablarını hədiyyə edir, o növbə ilə yazmağı, oxumağı, riyaziyyatı, fizikanı öyrənir. O uşaqlıqda kitablara olan sevgisini belə təsvir edirdi: "İndi yadımda qalan odur ki, kitabxanada aşağı kitab rəglərindən başlayaraq yuxarıya doğru bütün kitabları tək-tək oxuyurdum. Qarşıma məqsəd qoymuşdum ki, kitabxanada nə varsa hamısını oxuyum qurtarım". Ancaq Edisonun özünü təhsili 11-12 yaşlarına qədər davam edir bundan sonra o xırda bizneslərlə məşğul olur. İlk biznesi öz həyətlərindəki almaları yığıb satmaq idi. O işləyib qazancı ilə anasına kömək etməyə çalışırdı. 12 yaşından başlayaraq qatarlarda konfet, qoz, qəzet və siqaret satır. 1862-ci ildə 15 yaşındaykən o ilk dəfə öz qəzetini buraxır. Qəzet “The Weekly Herald” adlanırdı və bir müddətliyə çox məşhurlaşmışdı. O pul qazanmaq üçün evlərinin bir otağını özü üçün ayırıb burda qurduğu labarotoriyasında təcrübələr aparır, nəsə yaxşı pula gedən bir şey kəşf etməyə çalışırdı.

Buna da bax: Kinoda xüsusi effektlərin “babası” – (Video, 1902)

Gənc Thomas Edison kəşf etdiyi fonoqrafla birlikdə.
Gənc Thomas Edison kəşf etdiyi fonoqrafla birlikdə.

Teleqraf aparatının iş prinsipi həmişə Edisona möcüzə kimi gəlirdi və bu qurğunu ətraflı öyrənmək üçün teleqrafçı kimi işə düzəlir. 1963-1868-ci illər arası beş il boyu ABŞ-da və Kanada da müxtəlif teleqrafçılarda işləyir. 1868-ci ildə özünə bir laboratoriya açaraq ilk ixtirası olan səsyazan elektrikli cihazı kəşf edir. Ancaq açdığı məişət texnikası dükanında öz ixtiralarını satmağa çalışsa da bu alınmır, tezliklə hər şeyini itirərək, borc içində Nyu-Cersi ştatına gedir. 1876-cı ildə burda özünə yeni laboratoriya açır və ilk mimeoqrafı – yəni trafaret üsuli ilə çap maşınını ixtira edir. 1880-ci ildə isə o maqnit separatorunu kəşf edir, bu cihaz hələ də şüşüə, dağ-mədən, metallurgiya, qida, kimya və digər sənayelərdə xammalın təmizlənməsində istifadə edilir.

Edison öz araşdırmalarına o qədər bağlanmışdı ki, hər gün işinə 16-19 saat vaxt ayırırdı. Uşaqlıqda keçirdiyi bir xəstəlik ucbatından eşitməsini qismən itirdiyi üçün, diqqətini işin üzərində toplamaq ona çox asan gəlirdi. İdeya və müşahidələrini unutmadan qeydə ala bilmək üçün onun həmişə yanında gəzdirdiyi qeyd dəftərçəsi vardı. Bu yolla o həm yeni ideyalar üzərində düşünür, həm də eyni zamanda bir neçə layihə üzərində işləyə bilirdi.

Thomas Edisonun Menlo-Parkdakı laboratoriyası.
Thomas Edisonun Menlo-Parkdakı laboratoriyası.

1884-cü ilin baharı boyu Thomas Edison Menlo-Parkdakı laboratoriyasında elektrik lampasının kütləvi istifadəsindən əvvəl bu cür lampaların üzərində 2774 təcrübə aparır. Bütün təcrübələrə birgə 70 000 dollar pul xərcləyir, bu o dövr üçün böyük pul olsa da görülən işə dəyirdi. Ancaq Edisonun heç də bütün kəşfləri insanlığın xoşbəxtliyinə xidmət etmirdi, məsəlçün məhz o ilk dəfə 1888-ci ildə elektrik stulu üzərində işləməyə başlayır. Məsələ ondadır ki, Edison o dövr ABŞ-da ölüm cəzalarının asılma yolu ilə tətbiq edildiyini görürdü və bu yol öldürülən insana böyük əziyyət verirdi, çox vaxt asılan adamlar nəfəs çatışmamazlığından deyil, boyun fəqərələrinin qırılmasından sonra ölürdü ki, bu da böyük ağrılarla müşayət olunurdu. Onda Edison insanların daha humanist yolla edamı üçün təbliğat aparmağa başlayır və elektrik stulunu asılmaya qarşı rəqib kimi təqdim edir. Edisonun metoduyla ABŞ-da ilk dəfə 1890-cı ildə edam baş tutur.

Buna da bax: Dost tapmağı öyrədərək varlanan yazar

Qeyd etmək lazımdır ki, modern kinonun əsasını qoyanlardan biri, daha doğrusu ilhamvericisi də Edison idi, məhz o ilk dəfə 1891-ci ildə kinetoskop və kinetoqraf adlı film çəkmək üçün nəzərdə tutulan iki cihazın patentini alıb, ancaq dünyada kino böyük sürətlə populyarlaşandan sonra Ediosn gec də olsa öz kinostudiyası “Edison Manufacturing Company”-ni yaradır.

Thomas Edison amerikalı zəngin iş adamları Henry Ford və Harvey Firestone ilə birlikdə.
Thomas Edison amerikalı zəngin iş adamları Henry Ford və Harvey Firestone ilə birlikdə.

1908-ci ildə Edison dəmir-nikeldən hazırlanmış ilk akkumulyatoru kəşf edir. Bu əvvəlki enerji mənbələrindən daha uzun ömürlü, həm də yenidən doldurula bilən akkumulyator idi.

1931-ci ildə Edison artıq son patentini qeydə aldırır, bu “Elektrikli səthləri olan əşyaları tutmaq üçün alət” idi. Edisonun həyatı boyu kəşf edib qeydiyyata saldırdığı bütün ixtiralarını onun ixtiralarla məşğul olmağa başladığı illərinə yəni 61-ə bölsək hər ilə 18 ixtira düşər, bu həm də 20 gündə bir ixtira deməkdir.

Mənbə: www.thomasedison.com

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG