Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 15:41

Dost tapmağı öyrədərək varlanan yazar


Amerikan yazıçısı və psixoloqu Deyl Karneqi.
Amerikan yazıçısı və psixoloqu Deyl Karneqi.

-

"Onun yaratdığı nəzəriyyə minlərcə insana yardımçı olsa da, özünə elə bir köməyi dəyməmişdi. Xoşbəxt evlilik haqda tövsiyyələr verən Carnegie özü gizlincə boşanmışdı, heç ikinci evliliyi də uğurlu olmamışdı".

Dost tapmağı öyrədərək varlananan yazar: Dale Carnegie

O insanlara öz qəlbinin səsini dinləməyi, sevdiyi işlə məşğul olmağı və konfort zonasından çıxmaqdan qorxmamağı öyrədirdi. Onun “Pis insan yoxdur, uyğun olmayan situasiya var” fikri çoxlu insanlara öz həyatında başqa tərəfdən baxmağa yardımçı olub. Adama elə gəlir qərbin ən tanınmış həyat instruktorunun öz həyatı ideal harmoniya içində olub, ancaq sən demə heç belə deyilmiş. Elə isə gəlin dünyaca məşhur psixoloq-yazar, natiq və həyat instruktoru olan Dale Carnegie-nin keşməkeşli taleyinə yaxından baxaq.

Deyl Karneqinin məşhur kitabı "Dostu necə qazanmalı və adamlara necə təsir etməli"
Deyl Karneqinin məşhur kitabı "Dostu necə qazanmalı və adamlara necə təsir etməli"

2000-lərdən bəri Azərbaycanda əvvəl rusca, sonra isə azərbaycanca “Dostu necə qazanmalı, insanlara necə təsir göstərməli” kitabı məşhurlaşmağa başlamışdı. Ümumiyyətlə onu qərbdə motivasiya ədəbiyyatının yaradıcılarından biri sayırlar. İnsanlar onu oxuyub yeni dostlar qazancaqlarına, kariyera quracaqlarına inanırdılar. Ancaq qəribə də olsa sən demə “effektiv ünsiyyət və metodlar kursu”nun müəllifi özü uzun illər ünsiyyət problemindən əziyyət çəkib. Dale Carnegie kasıb fermer ailəsinə doğulub, bu üzdən onun xarakterində çoxlu komplekslər ortaya çıxıb. Təhsili aldığı dövrdə üzə çıxardacaq kostyumu olmadığı üçün, adətən kütləvi tədbirlərdə iştirak etmirmiş. Bundan əlavə sinif yoldaşlarının da ondan xoşu gəlmirmiş. Onların sözlərinə görə Carnegie çirkin, yumor hissi olmayan, kobud, ağır cənub ləhcəsi ilə danışan və natamamlıq kompleksindən əziyyət çəkən bir gənc imiş. Düzdür Carnegie-nin də heç tələbə yoldaşları ilə keçirməyə vaxtı yox imiş, belə ki, o hər gün gecə saat üçdən oyanar inəkləri sağar və evindən xeyli aralıda yerləşən kollecə yollanarmış. Onun özünə kollecə yaxın ev tutmağa da pulu yox imiş, çünki evindən kollecə qədər olan altı mil məsafəni hər gün atla gəlib, atla qayıdarmış. Dərslərini isə hər gün fermada işlərdən qalan vaxtda oxumağa çalışırdı. Axrıncı kursda oxuyanda Carnegie sanki birdən-birə dünyaya baxışını dəyişmiş, vəziyyəti nəzarəti altına almağa qərar vermişdi. O kollecdə iki növ gənclərin məşhurluq qazandığına fikir vermişdi, ya gərək idmançı olasan ya da çoxlu disput dərnəklərininin iştirakçısı. Əlbəttə ki, o ikincini seçdi. Ümumiyyətlə, hələ məktəb illərində Dale Carnegie-nin natiqliyə marağı varmış. Bu marağından istifadə edərək o bir-birinin ardınca uğursuzluqların öhdəsindən gəlir və tezliklə natiqlik sənətində böyük uğurlar qazanır. Disput dərnəyində bir illik fəaliyyətinin sonunda Carnegie kollecdə keçirilən ictimai çıxışlar müsabiqəsinin ən yüksək mükafatını qazanır. Elə vaxt olurdu ki, tələbələr ondan söz sənətini öyrənmək üçün növbəyə dururdular.

Deyl Karneqinin məşhur kitabının azərbaycanda ilk nəşrinin üz qabığı.
Deyl Karneqinin məşhur kitabının azərbaycanda ilk nəşrinin üz qabığı.

Kolleci bitirdikdən sonra Carnegie Qərbi Nebraska və Şərqi Vayominq dərələrinə yayılmış ranço sahiblərinə qiyabi savad vermək üçün kurslar təşkil edir. Bitib tükənməyən enerjisi və gələcəyə inamına baxmayaraq o az sonra başladığı bu işdə uğursuzluğa düçür olur. Bundan sonra gələcək psixoloq doğma şəhərini atıb başqa ştata, Omahaya gedir. Yol pulu olmadığı üçün, qatarın sürücüsünə iki vaqon vəşi atı yedirdib, altını təmizləyəcəyinə söz verir. Omahaya gələn kimi o “Armed and company” şirkətində qaxac, sabun və sala satışı üzrə agent kimi işə düzəlir. Beləliklə Dale Carnegie bütün ölkə boyu at yaxud faytonla gəzərək sadə amerikalıları etiyat ərzaqlarını, sabunlarını artırmağa inandırırdı.

Digər tərəfdən o daim ticarətdən bəhs edən kitablar oxuyur, öz işini qurmaq üçün pul yığmağı və onu ağılla xərcləməyi öyrənirdi. Tezliklə o kifayət qədər pul toplayaraq əvvəlki iş yerindən uzaqlaşır. O Nyu-yorka gəlib burda bir yandan teatr akademiyasında oxuyur, bir yandan da çemodan və qalstuklar satır.

1911-ci ildən başlayaraq Dale Carnegie ticarət işindən uzaqlaşıb müstəqil olaraq natiqlik və səhnə mədəniyyəti dərsləri verir. 1912-ci ildə Carnegie ilk dəfə olaraq Xristian gəncləri assossasiyasının təşkilatçılığı ilə mühazirələr deməyə başlayır. Bir neçə aydan sonra onun mühazirə kursları heç olmamış kimi əks-səda doğurur. Artıq ona hər mühazirəyə görə 2 dollar əvəzinə 30 dollar zəhmət haqqı verməyə başlayırlar. Gənc natiqin çıxışlarının ünününü eşidənlər Nyu-Yorkla qonş şəhərlərdən onun kursuna axışmağa başladılar. Həmçinin başqa təşkilatlardan da Carnegieyə təkliflər gəlməyə başladı.

1922-ci ildə Dale soyadını Carnegey-dən Carnegie-yə dəyişdirib

Dale Carnegie mütəmadi olaraq unikal kommunikativ ünsiyyət vərdişlərinə yiyələnmək üçün kurslar keçir, insanlararası qarşılıqlı münasibətlərdə əsas qaydaları işləyib hazırlayır. O bu sahədə gərgin çalışır və nəticədə öz sistemini yaradır, sistemi o qədər unikal olur ki, axırda onun müəlliflik hüquqlarını alır.

Amerikalı milyoner Endryu Karneqi, Deyl Karneqi onun soyadını özünə götürmüşdü.
Amerikalı milyoner Endryu Karneqi, Deyl Karneqi onun soyadını özünə götürmüşdü.

​Onun ünsiyyət sənəti və həmsöhbətə təsir etməklə bağlı mühazirələri böyük məşhurluq qazanır, mühazirələrinin mətni yazılmış broşürlər isə dərhal satılır. 1926-cı ildə piştaxtalardan Dale Carnegie-nin ilk kitabı “Natiqlik sənəti və biznes partnyoruna təsir” ortaya çıxır. Ondan bəri Carnegie-nin adı çəkiləndə hamının ağlına uğurlu və xoşbəxt insan obrazı gəlir. Özü də bunu qeyd etmək lazımdır ki, Carnegie 1922-ci ildə əsl soy adı olan Carnegey-i məşhur amerikalı milloner Andrew Carnegie-nin soyadı ilə dəyişdirir.

1936 -cı ilin noyabrında onun “Dostu necə qazanmalı və insanlara necə təsir etməli” kitabı çapdan çıxır. Bu kitabda ətrafdakıların simpatiyasını qazanmaq üçün özünü necə aparmaqla bağlı yığcam məsləhətləri toplanmışdı. Kitab publikanın böyük sevgisini qazanmış, inanılmaz maraqla qarşılanmışdı. 1948-ci ildə Carnegie-nin daha bir kitabı çapdan çıxır. Bu kitabda isə o stressin öhdəsindən gəlmək və sağlam düşüncəni işə salmaq haqda məsləhətlər verirdi.

Tez-tez xoşbəxt evlilik haqda məsləhətlər verən Carnegie özü gizlincə boşanmışdı

Həyatının sonlarına yaxın Carnegie dünyanın ən məşhur adamlarından biri, həmçinin xeyli varlı biri idi. Ancaq Carnegie-nin həyatı zidiyyətlərlə dolu idi. Onun yaratdığı nəzəriyyə minlərcə insana yardımçı olsa da, özünə elə bir köməyi dəyməmişdi. Xoşbəxt evlilik haqda tövsiyyələr verən Carnegie özü gizlincə boşanmışdı, heç ikinci evliliyi də uğurlu olmamışdı. Həyatının sonların yaxın o linfa düyünlərində ortaya çıxmış sağalmaz xəstəliklə mübarizə aparırdı. O həyatdan 66 yaşında köçüb, bəzi versiyalara görə onun ölümü intiharla gerçəkləşib.

XS
SM
MD
LG