Keçid linkləri

Təcili xəbərlər
2020, 21 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 03:37

SOCAR-ın büdcəyə ödənişi azalır


SOCAR

Dövlət Neft Şirkəti (SOCAR) bu ilin noyabrında dövlət büdcəsinə 116 milyon 193 min manat vəsait ödəyib. Bu da ötən ilin eyni ayı ilə müqayisədə 17 milyon 406 min manat və ya 13,03 faiz azdır.

SOCAR-dan verilən məlumata görə, bu ilin yanvar-noyabr aylarında büdcəyə ümumilikdə 1 milyard 266 milyon 365 min manat vəsait köçürülüb. Bu da 2015-ci ilin 11 ayı ilə müqayisədə 138 milyon 510 min manat və ya 9,86 faiz azdır.

Buna da bax:​ SOCAR neft məhsulları ixracatının həcmini açıqlayıb

DSMF-yə ödəniş artıb

Bundan əlavə, bu ilin noyabr ayında SOCAR Dövlət Sosial Müdafiə Fonduna (DSMF) 12 milyon 381 min manat vəsait köçürüb. Bu göstərici ötən ilin noyabr ayı ilə müqayisədə 1 milyon 192 min manat və ya 10,65 faiz çox olub.

Bu ilin yanvar-noyabr aylarında SOCAR-ın DSMF-yə ödənişi 131 milyon 751 min manat təşkil edib. Bu isə ötən ilin analoji dövrü ilə müqayisədə 5 milyon 145 min manat və ya 4,06 faiz çoxdur.

Buna da bax: Bəs SOCAR-ın pul problemi yox idi?!

XS
SM
MD
LG